Məhkəmə qərarları › İş №3(062)-55/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-55/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-55/2023 25.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə Şəxs - xx.xx.1995-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Tovuz rayonu Əyyublu kəndində yaşayan barəsində Azərbaycan Respublikası DİN-in Tovuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 avqust 2022-ci il tarixdə saat 10:03-də «Hyundai Santafe» minik markalı **-BF-*** döviət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbini pozaraq barəsində tərtib edilmiş inzibati qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş j əsaslar olmadan qərarı icra etməmişdir. Baş vermiş inzibati xəta ilə əlaqədar Şəxs barəsində 27 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə EQ11128168 nömrəli protokol tərtib olunmuş və Şəxs 10 (on) manat məbləğində cərimə olunmuşdur. Hal-hazırda onun borcu dəbbə pulu ilə birlikdə 16 (on altı) manatdır. Ona təyin olunmuş cərimə cəzasını Azərbaycan Respublikası DİN-in hesabına ödəmişdir. Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və inzibati xəta törətmiş şəxs Şəxs cərimə cəzasını ödəməsini nəzərə alıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş hökümət ödəniş portalından edilmiş çıxarışdan görünür ki, Şəxs adına tərtib olunmuş 27 avqust 2022-ci il tarixli EQ11128168 nömrəli protokola görə qaimə artıq ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndindən görünür ki, 529.3-cü maddəsində həzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-cü maddələrinin tələbinə görə, əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati qaydada işinə baxılan Şəxs qanunla müəyyən olunmuş cərimə cəzasını məhkəmə qərar qəbul etmədən əvvəl ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar