Məhkəmə qərarları › İş №3(062)-550/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-550/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-550/2025 25.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8, Zərərçəkmiş şəxslər X4, X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-2372/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 3000 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 50 manat pul Şəxs alınaraq X6 verilməsi qət edilmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 2(062)-181/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 1200 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 33 manat pul Şəxs alınaraq X5 verilməsi qət edilmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 2(062)-558/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 3635 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 56 manat 35 qəpik pul Şəxs alınaraq X2 verilməsi qət edilmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2372/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 3000 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 50 manat pul Şəxs alınaraq X6 verilməsi qət edilmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 2(062)-181/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 1200 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 33 manat pul Şəxs alınaraq X5 verilməsi qət edilmişdir. Bundan başqa Tovuz Rayon Məhkəməsinin 2(062)-558/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 3635 manat məbləğində borc və dövlət rüsumu hesabına ödənilmiş 56 manat 35 qəpik pul Şəxs alınaraq X2 verilməsi qət edilmişdir. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borclarından heç bir ödəmə etməmişdir. İcra sənədinin icrasından üzrsüz səbəblərdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsndə göstərdi ki, maddi imkanı olmadığı üçün borcundan ödəniş edə bilməmişdir. İşləmədiyi üçün borcunu ödəyə bilməmişdir. Rusiya Federasiyasından təzə gəlmişdir. Ora işləmək üçün getsə də işləri alınmamışdır. Hazırda ailəsi ilə birlikdə işləməyi planlaşdırmışlar. Hər ayın sonuna yəni hər ayın 25-də icra sənədləri üzrə borcundan tələbkarların hər birinə 400 manat ödəyəcəyinə söz verir. Vaxt verilərsə hissə-hissə ödəniş edəcəkdir. Üç azyaşlı uşağının olmasını və barəsində tənbeh etmə barədə qərar qəbul edilərsə vəziyyəti daha da ağırlaşacağını nəzərə almaqla məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, artıq iki ildir ki, Şəxs tərəfindən pulun ödənilməsini gözləyir. Şəxs pulun ödənilməsini tələb edir. Şəxs hər ay ödəmə etməsi barədə fikrinə müsbət yanaşır. Odur ki, ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs onun həmkəndlsisidir. Həmkəndlisi olduğu və maddi vəziyyətini nəzərə alaraq hər ay ona 400 manat ödənilməsini qəbul edir. Şəxs hər ay ödəmə etmək fikrini nəzərə alaraq Şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra işi barəsində protokol tərtib olunduqda, eləcə də məhkəmə iclasında borcunun olmasını və borcundan yayınmaq fikrinin olmadığını bildirmişdir. Məhkəməyə yazılı qaydada verdiyi ərizə ilə də bildirmişdir ki, borcundan hər ay hər borcluya 400 manat ödəmə etmək fikri vardır. Əvvəllər işinin alınmaması və maddiyətinin çətin olması səbəbindən borcunu ödəyə bilməmişdir. Bundan sonra hər ay ödəmə etmək istəyi onun qətnamənin icrasından yayınmadığının göstəricisidir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar