Məhkəmə qərarları › İş №3(062)-563/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-563/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-563/2025 30.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, protokol tərtib etmiş Tovuz RPŞ-nin əməkdaşı X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:30 radələrində nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və nəticədə X2 maddi ziyan vurulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsinə eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi barəsində inzibati icraat aparılan şəxsin törətdiyi İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsində olan inzibati xəta həmin Məcəlləyə müvafiq olaraq məhkəmənin səlahiyyətinə aiddir. Bundan başqa, məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi Şəxs əməlini tam əhatə edir və onun əməlinin əlavə olaraq İXM-nin 333.1-ci maddəsi ilə tövsifinə ehtiyac yoxdur. Ona görə də İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsində qeyd olunan inzibati xəta üzrə məhkəmə tərəfindən hüquqi dəyərləndirmə aparılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X5 izahatında protokolda göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Tovuz Əlibəyli yolunun Şəhriyar küçəsində “Qərb” stomotoloji klinikanın qarşısında “Ford Fuison” markalı ** EY *** dövlət qeydiyyat nşanlı avtomobili etibarnamə əsasında idarə edib, H.Aslanov küçəsində yolun sol tərəfində “Al Marketin” qarşısında üzü Şəhriyar küçəsi istiqamətində saxladıqdan sonra Al Marketin üzərində yerləşən qadın salonuna getmişdir.Təxminən 10 dəqiqə sonra ətrafda olan insanlar avtomobilinin vurulduğunu bildimişlər. O, dərhal avtomobilin yanına getmiş və maşınını sağ arxa tərəfinin “Opel Astra” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili qabaq sol tərəf ilə vurub maddi zərərlə nəticələnən yol-nəqliyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisə olduqdan sonra “Opel Astra” markalı avtomobilinin sürücüsü alkotester cihazı vasitəsilə müayinə olunarkən spirtli içki qəbul etdiyi aşkar olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə sat 15:00 radələrində Tovuz şəhəri M.Musayev küçəsindən özünə məxsus olan “Opel Astra” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, rayon mərkəzinə getmişdir. Nizami küçəsindən sağa H. Aslanov küçəsinə dönüb bir qədər irəlilədikdən sonra idrəetməni itirərək yolun sol tərəfində dayanmış vəziyyətdə olan “Ford Fuison” markalı avtomobili sağ arxa tərəfindən idarə etdiyi avtmobili qabaq sol tərəfindən vurub maddi zərər ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir.Törətdiyi hadisən xəsarət alan olmamışdır. Avtomobilə maddi zərər dəymişdir. İş materiallarında olan: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə və alkotestr protokollarından görünür ki, “Opel Astra” markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hadisə zaman sərxoş, “Ford Fuison” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü X4 isə ayıq olmuşdur. Həmçinin yol-nəqliyyat hadisəsinin baş verdiyi anda avtomobili idarə etmək üçün sürücülər Şəxs və X1 har ikisinin müvafiq kateqoriyalı sürücülük vəsiqələri olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində təsbit edilmişdir ki, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar