Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-571/2025 14.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.2001-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri Nizami rayonu Cəmşid Naxçıvanski küçəsi ev 102 mənzil 6-da qeydiyyatda olan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Sürücü Şəxs 16 iyun 2025-ci il tarixdə saat 15 radələrində idarə etdiyi “Ravon” markalı **-BX-*** qeydiyyat nişanlı avtomobillə Tovuz şəhərində hərəkətdə olan zaman Yol hərəkəti haqqında qanunun tələbini pozmaqla Tovuz şəhəri İsa Musayev küçəsi və Saləddin Məmmədov küçələrinin kəsişməsində yolayrıcına daxil olmuş , yolayrıcında “Mercedes Benz” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, 16 iyun 2025-ci il tarixdə saat 15 radələrində o idarə etdiyi Ravon markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs2 ilə birlikdə Tovuz şəhərində hərəkətdə olan zaman Tovuz şəhəri İsa Musayev küçəsi və Saləddin Məmmədov küçələrinin kəsişməsində yerləşən yolayrıcına daxil olduqda anidən Mercedes markalı avtomobil yola daxil olmuş və artıq yolayrıcına daxil olduğu üçün hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin sol tərəf ön hissəsi ilə Mercedes markalı avtomobilin sağ tərəf ön yan hissələri arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 xəsarət aldığı üçün Tovuz RMX-ya müraciət etmişdir. Törətdiyi hadisədən peşmandır. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 16 iyun 2025-ci il tarixdə saat 15 radələrində özünə məxsus olan “Mercedes Benz” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhəri S.Məmmədov küçəsi ilə hərəkətdə olan zaman İsa Musayev küçəsinin kəsişməsində yerləşən yolayrıcına daxil olduqda anidən yolayrıcına hərəkət istiqamətinə nəzərən yolun sağ hissəsindən Ravon markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf ön yan hissələri arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində o heç bir xəsarət almasa da avtomobilinə ziyan dəymişdir. Hazırda avtomobilə dəymiş zərərin bir hissəsi sığorta ilə ödənilməsi nəzərdə tutulmuşdur. Digər hissəsini isə Şəxs ödəməsini öhdəsinə götürsə də hazırda ödəməmişdir. Maddi imkanı olan kimi ödəyəcəyini bildirmişdir. Odur ki, Şəxs şikayətçi deyil. Onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 16 iyun 2025-ci il tarixdə saat 15 radələrində Şəxs idarə etdiyi Ravon markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ilə birlikdə hərəkət etmişlər. O sərnişin kimi maşında əyləşmişdir. Tovuz şəhərində hərəkətdə olan zaman Tovuz şəhəri İsa Musayev küçəsi və Saləddin Məmmədov küçələrinin kəsişməsində yerləşən yolayrıcına daxil olduqda Mercedes markalı avtomobil yola daxil olmuş və nəticədə toqquşma baş vermişdir. Onun sağlamlığına yüngül zərər dəymişdir. İşə əlavə olunmuş 07 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 481 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarət alın nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, zərərçəkmiş şəxslərin ifadəsi, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış rədd materialı ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh növü kimi cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs həmçinin İXM-nin 327.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 327.1-ci maddəsi ilə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddəyə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-571/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-571/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver