Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-587/2024 18.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Mən, Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu X2 tərəfindən inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, Müəyyənetdim: X2 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin Tovuz Rayon Şöbəsi tərəfindən qəbul edilmiş ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barəndə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, Ələkbər Hüseynli tərəfindən verilmiş şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin inzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək yol patrul xidmətinin əməkdaşı tərəfindən onun barəsində tərtib edilmiş qərarın ləğv olunmasını xahiş etsə də, ləğv edilməsini tələb etdiyi qərarın surətini şikayətinə əlavə etməmişdir. Belə olan halda məhkəmə diqqətə çatdırır ki, inzibati tənbeh vermə haqda qərar şikayətə əlavə edilmədiyindən qərarın qəbul edilməsinə əsas olmuş halları müəyyən etmək mümkün deyildir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalər Məcəlləsinin 61.1.6.-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bundan başqa qeyd edilməlidir ki, X2 eyni məzmunlu şikayət ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmiş, yuxarıda qeyd edilən səbəblərdən şikayət və ona əlavə edilmiş sənədlər məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Ələkbər Hüseynli qərardadda göstərilən nöqsanları aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, X2 tərəfindən qərarın ləğv edilməsi barədə verdiyi şikayət geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq Q ə r a r a a l d ı m: X1 inzibati xəta haqqında qərardan verdiyi şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(062)-587/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-587/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver