Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-594/2025 12.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ-si İTB-nin sahə rəisi X1 Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əlilliyi olmayan, işsiz, əvvəllər inzibati xətaya məruz qalmamış, məhkumluğu olmayan, Tovuz şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 22-də qeydiyyatda olan və yaşayan, Şəxs - Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon PŞ-dən daxil olmuş inzibati xətta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:00 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində yerləşən kafedə əvvəllər qeyri-rəsmi ərarvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zəminində onun saçından tutaraq fiziki ağrı yetirərək, ona dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Faktla bağlı 12 avqust 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf etməyərək göstərdi ki, Zərərçəkmiş şəxs dörd ildir ki, tanıyır. Onunla aralarında əvvəllər ər-arvad münasibətləri olmuşdur. Son bir neçə aydır ki, ayrılmışlar. O, Yeganənin mülki məhkəmə işində ona yardım etmək məqsədilə ona köməklik etmək məqsədilə Yeganənin işlədiyi kafeyə getmişdir. Məqsədi Yeganəyə apelyasiya şikayəti vermək üçün kömək etmək olmuşdur. Kafeyə gedən zaman Yeganə orada səs-küy salaraq 102 xidmətinə müraciət etmişdir. O Yeganəni döyməmişdir, qısqanclıqdan onun saçından tutmuşdur. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərdi ki, Şəxs dörd ildir ki, tanıyır. Onunla qeyri-rəsmi ər-arvad münasibətləri olmuşdur. Şəxs yersiz qısqanclıqlarına görə ayrılmışlar. 24 iyun 2025-ci il tarixdə saat 00:00-da Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən işlədiyi kafedə olan vaxt Şəxs onun işlədiyi kafeyə gəlmişdir. O, Vilayəti gördüyü zaman kafeni bağlayıb getmək istəsə də, Vilayət bu zaman kafeyə daxil olaraq qapını bağlamış və onun saçından tutub dartmışdır. O, Vilayətin əlindən çıxaraq, kafedən çölə çıxaraq 102 xidmətinə zəng vurmuşdur. Hazırda Şəxs ilə barışmır, ondan şikayətçidir və qanuni tənbeh olunmasını məhkəmədən xahiş edir. İşə əlavə edilmiş 04 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 24 iyun 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 501 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin sol yan səthinin və qarın nahiyəsinin sol yarısının qançırları; sağ süd vəzisi və sol said nahiyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq onun inzibati qaydada cərimə olunmasını məqsədə müvafiq hesab edir. İnzibati xəta haqda iş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-594/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-594/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver