Məhkəmə qərarları › İş №3(062)-596/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-596/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-596/2025 13.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1981-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, deməsinə görə məhkumluğu olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1806/2024 saylı 19 noyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən 5950 manat məbləğində borc və 84 manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq X1 verilməsi barədə məhkəmənin qətnaməsinin icrasından və bunun nəticəsində icra vərəqəsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə Gəncə Kommersiya Məhkəməsinin 8-2(115)-35/2025 saylı icra vərəqəsinə əsasən Şəxs məxsus olan VAZ-21074 minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərarı üzrə verilmiş icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1806/2024 saylı 19 noyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən 5950 manat məbləğində borc və 84 manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq X1 verilməsi barədə məhkəmənin qətnaməsinin icrasından və bunun nəticəsində icra vərəqəsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə Gəncə Kommersiya Məhkəməsinin 8-2(115)-35/2025 saylı icra vərəqəsinə əsasən Şəxs məxsus olan VAZ-21074 minik markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərarı üzrə verilmiş icra vərəqəsinin icrasından sonuncu boyun qaçırır. Borcundan ödəmələr etsə də, avtomobilin gətirilərək təqdim edilməsindən boyun qaçırır. Protokol tərtib edilən müddət ərzində tələbkara olan borcu 5210 manat təşkil etmişdir. Məhkəmə tərəfindən verilən vaxt ərzində 850 manat tələbkra ödəmə etsə də, avtomobilin təqdim edilməsi barədə məhkəmə qərarını icra etməmişdir. Şəxs borcunu tam ödəmədiyinə və məhkəmə qərarına əsasən həbs qoyulmuş avtomobili təqdim etmədiyinə görə onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, borcundan əvvəllər ödəmələr etmiş və ümumilkdə 820 manat ödəniş etmişdir. Lakin sonradan məhkəmə qətnaməsinin icrasını maddi imkanı zəif olduğu üçün ödəyə bilməmişdir. Məhkəmə tərəfindən verilən 1 gün vaxt ərzində o tələbkar ilə şifahi qaydada razılaşmış və Gəncə Kommersiya Məhkəməsinin qətnaməsinə əsasən borclu olduğu 12 avqust 2025-ci il tarixədək qalıq qalmış 5210 manat borcundan əlavə olaraq 850 manat da ödəniş etmişdir. Hazırda 4360 manat borcu qalmışdır. Tələbkar ilə şifahi razılaşmasına əsasən növbəti aydan başlamaqla 2 ay ərzində borcu tamamilə ödəyəcəkdir. Borclu isə onun bu təklifinə müsbət yanaşaraq borcun ödənilməsini tələb etmişdir. Avtomobili isə başqa şəxsə satmışdır. Həmin avtomobilin satılmasını rəsmi qaydada etməsə də avtomobilin idarə olunması üçün etibarnamə vermişdir. Ona görə də hesab edir ki, qətnamənin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Sədrlik edənin təşəbbüsü ilə icra məmuruna göstəriş əsasında icra məmuru tələbkar X3 ilə mobil telefon vasitəsilə əlaqə yaratmış, Fikrət Hüseynov borclunun 850 manat ödəmə etməsini bildirərək, onunla borcun ödənilməsi üçün 2 ay barədə razılıq əldə edildiyini və borcu növbəti 2 ay ərzində tamamilə ödəməyi öhdəsinə götürməyi bildirmişdir. Lakin yazılı qaydada icra işinə xitam verilməsi barədə ərizə təqdim edə bilməyəcəyini bildirmişdir. Uzun müddət borclu tərəfindən borcun ödənilməməsi borclunun barəsində etibarsızlıq imici yaratmış, ona görə də borc tam ödənilməyənə qədər xitam barədə ərizə təqdim edilə bilməyəcəyini bildirdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs barəsində protokol tərtib olunan tarixə yəni 12 avqust 2025-ci il tarixədək borcundan 820 manat ödəmə etmiş, bundan başqa məhkəmə tərəfindən vaxt verilən müddət ərzində borcluya qərarın icrası üçün vaxt verilmiş və o məhkəmə iclası təyin olunan tarixədək Gəncə Kommersiya Məhkəməsinin qərarına əsasən üzərinə həbs qoyulmuş avtomoblin gətirilməsinə söz vermişdir. Məhkəmədən sonra o tələbkar ilə əlaqə saxlayaraq borcundan 850 manat ödəniş edərək 2 ay ərzində də borcunu tamamilə ödəməsi barədə şifahi razılığa gəlmişdir. Gəncə Kommerisya Məhkəməsinin 10 iyun 2025-ci tarixli 8-2(115)-35/2025 saylı qərardadının qəbul edilməsinə səbəb olmuş e-2-2(115)-1806/2024 saylı icra vərəqəsinə əsasən borclu olduğu 5950 manat məbləğində borcdan və 84 manat dövlət rüsumundan tələbkara ümüumilikdə 1670 manat ödəmə etməsi və yaxın növbəti iki ay ərzində isə borcunu tamamilə ödəməyə öhdəlik götürməsi onun məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından boyun qaçırmadığını göstərir. Məhkəmə borclunun ödəniş edərək borcunu bağlamaq istəyini onun qətnamənin icrasında maraqlı olması kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədinin üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar