Məhkəmə qərarları › İş №3(062)-599/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-599/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-599/2025 10.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 idarəsinin X5 şöbəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X4 iştirakı ilə, Şəxs Mehdı qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 idarəsi Şəxs Mehdı qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə 01 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən Moskva marketdə xx.xx.2025-ci il tarixdə planlı yanğın-texniki müayinəyə sahibkar Şəxs Mehdı qızı tərəfindən şərait yaradılmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 idarəsinin X5 şöbəsinin inspektoru X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Tovuz rayonu Əyyublu kəndində yerləşən Moskva marketə planlı yanğın-texniki müayinə aparılması üçün getdikdə sahibkar Şəxs Mehdı qızı orada olmamışdır. Onun nümayəndəsi X8 ilə əlaqə saxlayaraq marketə gəlməsini xahiş etsə də o, işdən olduğu üçün gələ bilməyəcəyini bildirmişdir. Marketə işçilərin yanında vizual baxış keçirsə də lazımi sənədlər təqdim edilmədiyi üçün müayinəni tam başa çatdıra bilməmişdir. Buna görə də sahibkar barəsində planlı yanğın-texniki müayinəyə şərait yaratmadığı üçün İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, nəzərdə tutulan planlı yoxlama haqqında məlumatlar Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş, qəbul edilmiş qərar, reyestrdən çıxarış, müvafiq qanunvericilikdən çıxarış və yoxlama suallarının siyahısı sahibkara göndərilməklə sahibkar məlumatlandırılmışdır. Buna baxmayaraq 01 avqust 2025-ci il tarixdə sahibkar və ya nümayəndəsi marketdə olmamışdır. Qeyd edilən sənədlərin sahibkara göndərilməsini təsdiq edən məktub və poçt qəbzi iş materialında olmadığı üçün məhkəməyə təqdim edə bilmir. Müayinə aparılması nəzərdə tutulan Moskva market digər oxşar obyektlər kimi orta risk qrupuna aid olan obyektdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X8 özünü təqsirli bilməyərək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 idarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmadığını qeyd etmiş, bildirmişdir ki, nəzərdə tutulan yoxlamadan əvvəlcədən məlumatı olmamış, yoxlama aparan əməkdaş marketdən ona zəng edərək yoxlama barədə məlumat verərək onu marketə çağırmışdır. Lakin onun özü işdə olduğundan, həyat yoldaşı Şəxs isə Bakı şəhərində olduğundan marketə gedərək yoxlama prosesində iştirak edə bilməmişlər. Buna baxmayaraq marketin satıcıları tərəfindən əməkdaşa yoxlama aparılması üçün şərait yaradılmışdır. İş materiallarında olan sənədlər 01 avqust 2025-ci il tarixli Yanğın-texniki müayinə aktından görünür ki, Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Gəncə regional X5 İdarəsinin X5 şöbəsinin böyük inspektoru daxili xidmət mayoru X1, həmin şöbənin inspektoru daxili xidmət leytenantı X3 və inspektor daxili xidmət leytenantı X2 ilə birlikdə bu aktı tərtib etdik, ondan ötrü ki, Tovuz rayonu, Əyyublu kəndində yerləşən "Moskva" marketdə 28.07-xx.xx.2025-ci il tarixində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınan "Çıxarış" əsasında planlı yanğın texniki-müayinə keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2025-ci il tarixində sözügedən marketdə müayinə keçirməsi məqsədilə olduğumuz zaman sahibkar tərəfindən yoxlama prosesinə aid sənədlərin təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və ya yazılı izahatlar verilməməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə baxış keçirilməsinə şərait yaradılmamışdır. Sözügedən marketin icarədarı tərəfindən müayinə keçirilməsinə şərait yaradılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə uyğun olaraq protokol tərtib olunmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə olunmuş 22 iyul 2025-ci il tarixli KY252326045 saylı çıxarışdan görünür ki, xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə Tovuz rayonu Əyyublu kəndində yerləşən obyektdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 idarəsi tərəfindən yanğın-texniki müayinənin aparılmasına dair illik plana əsasən növbəti yoxlamanın aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 idarəsinin rəisi Natiq Piriyev tərəfindən imzalanmış 03 iyul 2025-ci il tarixli 3-18-78/Q- 3056/2025 nömrəli Planlı (növbəti) yoxlamanın aparılması haqqında qərardan görünür ki, Şəxs məxsus Tovuz rayonu Əyyublu kəndind yerləşən Moskva marketdə sonuncu planlı müayinə xx.xx.2024-cü il tarixdə aparılmışdır. Vergi ödəyicilərinin məlumatlarından görünür ki, Şəxs fiziki şəxs qismində ********** nömrəli VÖEN-i qeydiyyatdan keçmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Maddə 76. Sübutlar 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84. Sübutların qiymətləndirilməsi 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Maddə 25. X5 X5 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X5 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Sahibkarlara münasibətdə X5 “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 4-2. Yoxlayıcının vəzifələri 4-2.1.10. müvafiq bildirişləri və məlumatları (sənədləri) sifarişli poçt göndərişi vasitəsilə sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana göndərmək; Maddə 4-3. Yoxlama zamanı sahibkarın hüquqları 4-3.1. Yoxlama zamanı sahibkarın aşağıdakı hüquqları vardır: 4-3.1.1. aşağıdakı hallarda yoxlayıcının yoxlama aparmasına icazə verməmək: 4-3.1.1.1. yoxlama bu Qanunun 10-cu maddəsində müəyyən edilən dövrilik pozulmaqla aparıldıqda; 4-3.1.2. yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək; Maddə 10. Plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi 10.1. Sahibkarda plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi onun aid olduğu risk qrupundan asılıdır və bu maddədə hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz. 10.2. Bu Qanunun 10.3-cü maddəsində göstərilən sahələr istisna olmaqla, plan üzrə (növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır: 10.2.1. yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə - ildə bir dəfədən çox olmayaraq; 10.2.2. orta risk qrupuna aid edilən sahibkara münasibətdə - iki ildə bir dəfədən çox olmayaraq; 10.2.3. aşağı risk qrupuna aid edilən sahibkara münasibətdə - üç ildə bir dəfədən çox olmayaraq. Məhkəmənin mövqeyi Məhkəmə protokol tərtib etmiş şəxsin izahatına əsasən müəyyən etmişdir ki, planlı yanğın-texniki müayinə aparılması nəzərdə tutulan obyekt orta risk qrupuna aiddir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.2-ci maddəsinə əsasən orta risk qrupuna aid edilən sahibkara münasibətdə plan üzrə (növbəti) yoxlama iki ildə bir dəfədən çox olmayaraq aparılır. Lakin hazırki iş üzrə səlahiyyətli orqan tərəfindən bu dövrilik qaydası pozulmuş, sonuncu yoxlama xx.xx.2024-cü il tarixdə aparılsa da 2 il müddətin keçməsi gözlənilmədən xx.xx.2025-ci il tarixdə yenidən yoxlama aparılmışdır. Halbuki həmin Qanunun 10.1-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama hər risk qrupu üçün müəyyən edilmiş dövrilikdən artıq dövriliklə aparıla bilməz. Həmin Qanunun 4- 3.1.1.1-ci maddəsinə əsasən yoxlama bu Qanunun 10-cu maddəsində müəyyən edilən dövrilik pozulmaqla aparıldıqda sahibkarın yoxlayıcının yoxlama aparmasına icazə verməmək hüququ vardır. Bundan başqa sahibkarın nümayəndəsi aparılması nəzərdə tutulan yoxlama barədə əvvəlcədən məlumatlandırılmadığını, bu səbəbdən yoxlayıcı gələrkən obyektdə olmadığını bildirmiş, yoxlayıcı isə yoxlamanın aparılması tarixini, vaxtını və s. zəruri məlumatları nəzərdə tutan bildirişi və digər sənədləri sahibkara göndərilməsini və sahibkarı xəbərdar etməsini təsdiq edən müvafiq sifarişli poçt göndərişi qəbzini məhkəməyə təqdim etməmişdir. Halbuki “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-2.1.10-cu maddəsinə əsasən müvafiq bildirişləri və məlumatları (sənədləri) sifarişli poçt göndərişi vasitəsilə sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana göndərmək yoxlayıcının vəzifəsidir. Göründüyü kimi yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla aparılmışdır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar