Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-6/2025 14.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək həmin tarixdə baxılması üçün Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati xəta haqqında olan icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilmişdir. Həmin qərardan zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ilə qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış borclu X2 hər hansı üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin üzrlü hesab edilməsi üçün məhkəməyə heç bir məlumat verməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(062)-674 saylı qərarına əsasən, borclu X1 barəsində axtarış elan edilmiş və tapıldıqda dərhal Tovuz Raon Məhkəməsinə təqdim edilməsi qərara alınmışdır. Bundan sonra Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-199/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə hüquqi dəyərləndirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hazırda X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılması qanunamüvafiq olmaz. Çünki iş materialları ilə təsdiqin tapır ki, adıçəkilən şəxs barəsində eyni predmet üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)- 199/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarı çıxarılmışdır. Həmin qərarın mövcudluğu isə hazırda başlanmış icraata isə xitam verilməsini tələb edir. Qeyd olunmalıdır ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallardan bəhs edən İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 105.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-6/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-6/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver