Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-60/2023 25.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə Barəsində iş üzrə icraat aparılan Şəxs MMC-nin barəsində Tovuz RPŞ-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə inzibati materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16 noyabr 2022-ci il tarixdə saat 18:04-də Şəxs MMC-yə məxsus «MAN TGX» yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən durma qaydalarını pozmuşdur. Törədilmiş inzibati xətaya görə barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Bundan sonra Tovuz RPŞ tərəfindən Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən Şəxs MMC-yə rəsmi məktub göndərilərək, nəqliyyat vasitəsini idarə edən fiziki şəxs barəsində rəsmi məlumat verilməsi xahiş olunmuş, lakin şirkət sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 iş günü müddət keçməsinə baxmayaraq, Tovuz RPŞ- yə rəsmi məlumat verməmişdir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, şirkətin səlahiyyətli nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filialı və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində məlumat verilməməsi səbəbindən məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Tovuz RPŞ-nin sorğusu Şəxs MMC-yə 08 dekabr 2022- ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Tovuz RPŞ tərəfindən 23 noyabr 2022-ci il tarixli məktubla Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən Şəxs MMC-yə sorğu verilərək, nəqliyyat vasitəsini idarə edən fiziki şəxs barəsində rəsmi məlumat verilməsi xahiş olunmuş, lakin şirkət sorğunu 08 dekabr 2022-ci il tarixdə rəsmi qaydada aldığı vaxtdan 5 iş günü müddət keçməsinə baxmayaraq, Tovuz RPŞ-yə rəsmi məlumat verməmişdir. Bu səbəbdən Tovuz RPŞ-si tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən Şəxs MMC-yə inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tərkibi vardır və onun barəsində hüquqi şəxs kimi inzibati tənbeh tətbiq edilib cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43,114- 115,117 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-60/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-60/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver