Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-609/2025 25.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X2 nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan Şəxs (FİNxxxxxxx) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X3 tərəfindən tərtib edilmiş 18 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Tovuz rayonu Düz Qırıqlı kəndində fəaliyyət göstərən “Ada Store” ərzaq satışı mağazasında xx.xx.2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı yuma çanağında formalaşan tullantı sularının D=76mm polietilen boru vasitəsilə suvarma məqsədilə istifadə olunan kənd daxili kanala axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X2 nümayəndəsi X8 izahat verərək bildirmişdir ki, Şəxs məxsus “Ada Store” ərzaq satışı mağazasında yuma çanağında formalaşan tullantı sularının suvarma məqsədilə istifadə olunan kənd daxili kanala axıdılması aşkar edilmişdir. Tullantı və çirkab suların təyinatsız olaraq kənd daxili kanala axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun mağazasının arxa tərəfində əl-üz yuma çanağının tulantı suyu arxa axılması halı olsa da səlahiyyətli dövlət orqanı tərəfindən həmin pozuntunun aradan qaldırılması üçün ona vaxt verilmədən barəsində protokol tərtib edilmişdir. Hazırda həmin pozuntu tam olaraq aradan qaldırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 9 Saylı X3 tərəfindən tərtib edilmiş 18 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Tovuz rayonu Düz Qırıqlı kəndində fəaliyyət göstərən “Ada Store” ərzaq satışı mağazasında xx.xx.2025-ci il tarixində keçirilən nəzarət tədbirləri zamanı yuma çanağında formalaşan tullantı sularının D=76mm polietilen boru vasitəsilə suvarma məqsədilə istifadə olunan kənd daxili kanala axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; 18 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və və X4 Xidməti 9 Saylı X3 tərəfindən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq mütəmadi olaraq monitorinq nəzarət tədbirləri həyata keçirilir. Belə ki, xx.xx.2025-ci il tarixində aparılan monitorinqlər zamanı Tovuz rayonu Düz Qırıqlı kəndindən keçən (koordinatorlar 40°936´0696.45.800.3782) mövcud olan “Ada Store” ərzaq satışı mağazasında formalaşan tullantı suları birbaşa Düz Qırıqlı kəndində suvarma suyu məqsədilə istifadə olunan kənd daxili kanala axıdılması müəyyən edilmişdir. Araşdırma zamanı sözügedən avtoyuma məntəqəsinin Şəxs məxsus olduğu müəyyən edilmişdir. Şəxs məsələ ilə bağlı verdiyi yazılı izahatda şambo qazdırmağa şəraiti olmadığı üçün tullantı suyunun kanala axıdıldığını bildirmişdir. Araşdırma müddətində Şəxs çirkab suyun idarə edilməsi barədə qanunvericiliyin tələblərini və araşdırma ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası “Su Məcəlləsi”-nin 45, 78, 79, 81, 103-cü maddələrinin Azərbaycan Respublikası “Su Təchizatı və Tullantı Suları haqqında Qanunu”nun 10-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın müvafiq maddələri pozulmuşdur. Bununla bağlı video və fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Şəxs izahatından görünür ki, avtoyuma məntəqəsində formalaşan tullantı suları birbaşa Düz Qırıqlı kəndində suvarma suyu məqsədilə istifadə olunan kənd daxili kanalına axıdılır. Qeyd olunan hallarla tam razıdır, məsələnin aradan qaldırılması istiqamətində tərəfindən tədbirlər görüləcək. EMİS məlumatlarına əsasən Şəxs adına **********-73003 nömrəli (adı ADA STORE MARKET) aktiv VÖEN qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, fotoşəkillər və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Həmçinin qeyd edilməlidir ki, Şəxs İXM-nin 17-ci maddəsinin qeyd hissəsinə əsasən vəzifəli şəxs hesab olunur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 262.2.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-609/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-609/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver