Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-616/2025 26.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, X3 iclas katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Çingiz oğlunun və tələbkar X1 iştirakı ilə xx.xx.1985-ci ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işləməyən, əlilliyi olmayan, Tovuz rayonu Xatınlı kəndində yaşayan Şəxs Çingiz oğlunun (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Çingiz oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Qasımov X8 Rayon Məhkəməsinin 2(062)- 627/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yaranmış 1030 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-627/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Çingiz oğlundan 1030 manat məbləğində pul alınaraq iddiaçı X2 ödənilməlidir. Lakin borclu Şəxs Çingiz oğlu icra sənədində göstəriln tələbi icra etməyərək barəsində inzibati xəta üzrə icraat başlanılmışdır. Hal-hazırda 1030 manat borcu var. Borcun ödənilməsi ondan tələb olunsa da borclu vəd verir, lakin ödəniş etmir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qətnamənin icrası kimi borcunu ödəmir, cəmi 200 manat borcundan ödəniş etmişdir. Yüngül cəza verilməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Çingiz oğlu bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-627/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən məbləğ ilə razıdır, lakin maddi vəziyyəti ağırdır və bu səbədən borcunu ödəyə bilmir. Həmçinin evli olduğunu, himayəsində azyaşlı övladının olduğunu bildirdi. Hal-hazırda 300 manat borcundan ödəniş edəcəyini bildirdi. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin 2(062)-627/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs Çingiz oğlundan 1030 manat pul məbləği alınaraq iddiaçı X2 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Akta əsasən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs Çingiz oğlu tələbkar X2 300 manat pul borcundan ödəniş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və tələbkari dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Çingiz oğlunun ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Çingiz oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi onun himayəsində azyaşlı övladının olduğunu müəyyən etmiş, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Çingiz oğlunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Çingiz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-616/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-616/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver