Məhkəmə qərarları › İş №3(062)-617/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-617/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-617/2023 17.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi polis kapitanı X1, Zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə Məmməd qızının, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1962-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Düz Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Tovuz rayonu Düz Qırıqlı kəndində yaşadıqları fərdi yaşayış evində birgə yaşadığı X4 ilə mübahisə edib dalaşaraq ona fiziki ağrı yetirən xəsarətlər yetirməklə döymüşdür. 17 iyul 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edərək göstərdi ki, Tovuz rayonu Düz Qırıqlı kəndində yaşayır. “X6 Birliyi” MMC-də su mirabı işləyir. 29 mart 2023-cü il tarixdə mərhum həyat yoldaşı Bahar sirkə içərək intihar etmiş, 15 aprel 2023-cü il tarixdə xəstəxanada vəfat etmişdir. Bahar ilə 2007-ci ildə evlənmişlər. lakin rəsmi nikah qeyd etdirməmişlər. bahar ilə münasibətləri daim normal olmuşdur. 29 mart 2023cü il tarixdə səhər saatlarında saat 17 radələrində işdən evə gəlmiş və birlikdə Baharla oturub yemək yemişlər. Yeməklərini yedikdən sonra onun telefonuna su verdiyi kəndçisi zəng vuraraq suyun azaldığını bildirmişdir. Bu zaman Bahar ondan hara getdiyini soruşmuş o isə cavabında suya görə zəng gəldiyini bildirərək bir azdan qayıdacağını bildirmişdir. Bundan sonra Bahar ona başqa arvadın yanına getməsini irad şəklində bildirərək onunla mübahisə etməyə başlamışdır. O isə elə olmadığını ona bildirmişdir. Həmin vaxt o əsəbləşdiyindən onu əli ilə vurub onu itələmişdir. Bundan sonra evdən çıxıb getmişdir. Axşam gəldikdə yerində uzanan zaman Baharın çölə çəxdığını eşitmişdir. Arxasınca çıxdıqda görmüşdür ki, Bahar qusur. Bahardan niyə qusduğiunu soruşduqda Bahar ona ürəyinin bulandığını bildirmişdir. O isə elə hesab etmişdir ki, yeməkdən zəhərlənmişdir. Bahar ona sirkə içməsi barədə heç nə bildirməmişdir. Səhər bahrın vəziyyətinin yaxşı olmadığını görüb onu xəstəxanaya aparmışlar. Xəstəxanada da arvadı Bahar yenə sirkə içməsini bildirməmişdir. 31 mart 2023-cü il tarixdə qayınanası Kifayət ona zəng vuraraq Baharın vəziyyətinin pis olması ilə əlaqədar təcili tibbi yardımla xəstəxanay apardıqlarını bildirmişdir. O isə xəstəxanaya getmişdir. Orada isə Baharın guya ona görə intihar etdiyini bildirmişlər. Hazırda keçmiş arvadını vurmasından peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Nümayəndə Məmməd qızı məhkəmə iclasında göstərdi ki, qızının ölümünə Telman səbəb olmuşdur. Qızını da Telman vurmuşdur. Bundan başqa qızı Baharı o vəziyyətə çatdırmışdır ki, qızı intihar etmək üçün sirkə içmişdir. Hazırda Telmanla barışmır, ondan şikayətçidir və ona həbs növündə tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İşə əlavə edilmiş 10 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan 06 iyun 2023-cü il tarixli qərarın surətindən görünür ki, inzbati xəta haqqında iş üzrə icratın başlanması haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İşə əlavə edilmiş 15 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 17 saylı rəyindən görünür ki, X2 baş nahiyəsində aşkar edilmiş dərialtı qansızma ölümlə hər hansı səbəbli əlaqəsi yoxdur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs X3 fiziki ağrı yetirməsi sübut olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varsinin izahatlarını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq onun inzibati qaydada həbs olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 17 iyul 2023-cü il tarixdən saat 12:30dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar