Məhkəmə qərarları › İş №3(062)-617/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-617/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-617/2025 26.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, X1 iclas katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkarın nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1975-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işləməyən, əlilliyi olmayan, Tovuz rayonu Çatax kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİNxxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin e-2(062)- 1339/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə yaranmış 1600 manat əsas və 36 manat dövlət rüsumu borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirmişdir ki, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin e-2(062)-1339/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə yaranmış 1600 manat əsas və 36 manat dövlət rüsumu məbləğdə borcu "xxxx" MMC-yə ödəməmişdir. Borcun ödənilməsi ondan tələb olunsa da borclu vəd verir, lakin ödəniş etmir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X5 bildirmişdir ki, dəfələrlə Şəxs və onun qohumlarına müraciət edilməsinə bamayaraq, o, heç bir ödəniş etmir. Yalnız axtarışa verildiyini bildikdən sonra xx.xx.2025-ci il tarixdə 300 manat ödəniş etmişdir. Hissə-hissə ödəyəcəyini bildirir, lakin tələblar buna razı deyil. Qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirini təyin edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həqiqətən də Tovuz Rayon Məhkəməsinin e-2(062)-1339/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədində əsasən borcu var. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 300 manat ödəniş etmişdir. Bununla bağlı müvafiq bank qəbzini məhkəməyə təqdim edir. Hal-hazırda işsizdir və maddi vəziyyəti ağırdır. Vaxt veriləcəyi təqdirdə borcunu ödəyəcək. Qeyd edilənləri nəzərə alaraq, barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin e-2(062)-1339/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 1600 manat əsas və 36 manat dövlət rüsumu məbləğdə pul Şəxs alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici hal kimi himayəsində 2 uşağın olmasını olmasını nəzərə almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hallar aşkar etməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar