Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-619/2023 17.07.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, Protokol tərtib etmiş Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1974-cü ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(062)-1989/2014 saylı və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1433/2023 saylı icra sənədi üzrə yaranmış 1813 manat aliment borcunu ödəməkdən boyun qaçırır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(062)-1989/2014 saylı icra sənədinə əsasən, xx.xx.2014-cü il tarixdən başlayaraq, Şəxs ilə Zərərçəkmiş şəxs birgə yaşayış və nikahlarından xx.xx.2000-ci ildə anadan olmuş Nəcəf və xx.xx.2006-cı ildə anadan olmuş Vüsal adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay bir uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmçinin Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1433/2023 saylı icra sənədinə əsasən, Şəxs hər ay xx.xx.2006-cı ildə anadan olmuş Vüsal adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədləri üzrə icraata başlanılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixli qərarla həmin icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Şəxs hazırki vaxta kimi ödənişlərini tam etməmiş və nəticədə onun 1813 manat aliment borcu yaranmışdır. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş, lakin borcun tamamilə ödənilməsini təmin etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası XM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(062)-1989/2014 saylı və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1433/2023 saylı icra sənədləri üzrə aliment borcunu hər ay stabil olaraq 200 manat ödəyir, lakin borcunu tamamilə ödəyə bilmədiyindən həmin borc yaranmışdır. Hazırda işsizdir və bu səbəbdən aliment borcunu tamamilə ödəyə bilmir. Bu kimi hallar isə aliment borcunun yaranmasına gətirib çıxarmışdır. Hansı ki, aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmır, nə də ki bu kimi niyyəti yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunu qismən ödəsə də, borcunu tamamilə ödəməmişdir. Hazırda uşaqların saxlanılmasında ciddi maddi sıxıntılar yaşayır. Bu isə uşaqların maddi tələbatını qarşılamağa imkan vermir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(062)-1989/2014 saylı icra sənədinə əsasən, xx.xx.2014-cü il tarixdən başlayaraq, Şəxs ilə Zərərçəkmiş şəxs birgə yaşayış və nikahlarından xx.xx.2000-ci ildə anadan olmuş Nəcəf və xx.xx.2006-cı ildə anadan olmuş Vüsal adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay bir uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1433/2023 saylı icra sənədinə əsasən, Şəxs hər ay xx.xx.2006-cı ildə anadan olmuş Vüsal adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir “Bir neçə icra sənədi üzrə icraatın birləşdirilməsi və icraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(062)-1989/2014 saylı və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1433/2023 saylı icra sənədləri bir icraatda birləşdirilmiş və iş üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(062)-1989/2014 saylı və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-1433/2023 saylı icra sənədlərinin icrası üçün könüllü olaraq 10 gün vaxt verilmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun ifadə etdiyi mənadan belə nəticəyə gəlmək olur ki, göstərilən norma üzrə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş üzrə isə məhkəmə göstərir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs qətnamənin icrasından qərəzli şəkildə yayınması halı yoxdur. Belə ki, icra sənədindən görünür ki, alimentin məbləği aylıq ümumilikdə 160 manatdır və alimentin tutulması xx.xx.2014-cü il tarixdən hesablanmışdır. Bu yöndə riyazi hesablama üzrə təhlil aparılan zaman müəyyən etmək olar ki, alimentin tutulmasına başlandığı tarixdən hazırki vaxta qədər borclu kimi Şəxs ödəməli olduğu məbləğ 16640 manat (104 ay x 160 azn) təşkil edir. Onun yaranmış borcu isə 1813 manat təşkil edir. Yaranmış borcun hansı səbəblərdən qaynaqlandığının müəyyən edilməsi üçün məhkəmə tərəfindən aparılan araşdırma zamanı isə aşkar edilmişdir ki, Şəxs aliment ödənişlərini tamamilə icra etməmə səbəbi onun işsiz olmasıdır. Lakin buna baxmayaraq o, gündəlik işlərlə məşğul olaraq aylıq aliment borcunun böyük bir qismini hər ay ödəmişdir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, qətnamənin icra edilməməsi üzrə Şəxs qərəzliliyindən bəhs olunması qanuna müvafiq olmaz. İnzibati məsuliyyətin əsaslarından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Adıçəkilən Məcəllənin təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən 8-ci maddəsində qeyd olunmuşdur ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə diqqətə çatdırır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75-82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Beləliklə, məhkəmə hesab edir ki, materialda olan sənədlərə əsasən Şəxs aliment borcunu qərəzli olaraq ödəməkdən yayınmasını müəyyən etmək mümkün deyildir. Əksinə onun aliment borcunun yaranmasının iradəsindən asılı olmayan hallara dəlalət etməsi müəyyən edilmişdir. Odur ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-619/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-619/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver