Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-62/2025 27.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Tovuz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 29 dekabr 2024-cü il tarixdən 01 yanvar 2025-ci il tarixədək olan müddət ərzində X1 Dönük Qırıqlı kəndi ərazisində yerləşən qəbirstanlığın yanındakı açıq sahədə olan əkin sahəsindən təxminən 52 ədəd xurma şitili oğurlamış, oğurladığı xurma şitillərini Şəmkir rayon Zəyəm qəsəbəsində yerləşən bazarda tanımadığı şəxsə satmışdır və ümumilikdə 321 (üç yüz on iki) manat maddi ziyan vurmuşdur. Bununla bağlı Tovuz RPŞ-nin Qovlar PB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası X2 227-ci maddəsi ilə MN1969578 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmiş və məhkəmədə həmin inzibati xəta haqqında iş 3(062)-62/2025 nömrəli ilə qeydə alınmışdır. Bundan başqa, Şəxs 20 dekabr 2024-cü il tarixdən 21 dekabr 2024-cü il tarixədək olan müddət ərzində X3 Dönük Qırıqlı kəndi ərazisində yerləşən əkin sahəsindən təxminən 150 ədəd xurma şitili oğurlamış və ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vurmuşdur. Bununla bağlı Tovuz RPŞ-nin Qovlar PB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası X2 227-ci maddəsi ilə MN1969577 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilmiş və məhkəmədə həmin inzibati xəta haqqında iş 3(062)-61/2025 nömrəli ilə qeydə alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə materialları araşdıraraq hesab edir ki, Şəxs ayrı-ayrı vaxtda öz hərəkətləri ilə eyni inzibati xətanı törətdiyindən həmin işlər üzrə icraat birləşdirilərək bir icraatda baxıla bilər. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası X2 6.3-cü maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilməsə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında nümayiş etdirdiyi mövqeyə görə inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. X2 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyinə müvafiq norma ilə tənzimlənsin. Göründüyü kimi Azərbaycan Respublikası İXM-də işlərin birləşdirilməsi göstərilmədiyindən analogiya üzrə Azərbaycan Respublikası CPM-nə müraciət olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraata birləşdirilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası X2 227-ci ilə toplanmış inzibati xəta haqqında materiallar bir icraata birləşdirilməklə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34 və CPM-nin 49-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası X2 227-ci ilə toplanmış 3(062)-62/2025 nömrəli material 3(062)-61/2025 nömrəli materialla bir icraatda birləşdirilsin və icraat 3(062)-61/2025 nömrə ilə davam etdirilsin. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-62/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-62/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver