Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-623/2024 23.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, "xxxx" MMC 67850 (altmış yeddi min səkkiz yüz əlli) ABŞ dolları məbləğində olan vəsaiti bankda olan hesabından 30 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin bəyan olunmayan məbləğ 14100 (on dörd min yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Tovuz Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 3(062)-623/2024 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 14100 (on dörd min yüz) ABŞ dolları vəsaitin 20% miqdarında, yəni 2820 (iki min səkkiz yüz iyirmi) ABŞ dolları məbləğində cərimə edilmişdir Qərardan narazı qalan "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 3(104)-486 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 3(062)-623/2024 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Tovuz Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş 17 aprel 2024-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunur ki, "xxxx" MMC ilə “X1 Sarl“ şirkəti arasında bağlanmış DR-AGK nömrəli 23 yanvar 2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən alınacaq mallar üçün nəzərdə tutulmuş 176000 ABŞ dollar vəsaitin bir hissəsi, yəni 67850 ABŞ dolları “X5 Azərbaycan” QSC-nin balansında olan ABŞ dolları hesabından avans olaraq ödənilmişdir. Buna görə qarşı tərəfdən 53750 ABŞ dollar dəyərində mal alınmışdır. "xxxx" MMC-nin “Turan Bank“ ASC-də olan ABŞ dolları hesabına 8 fevral 2023-cü il tarixdə 25086.48 ABŞ dolları geri qaytarılmışdır. Qaytarma sənədində pulun təyinatını yalnız geri qaytarma kimi göstərilmişdir. “X5 Azərbaycan” QSC müqavilənin tarix və nömrəsinin qeyd edilmədiyini əsas gətirərək avansı bağlamamış və bu əsassız halı aradan qaldırmaq üçün cəmiyyət “X1 Sarl“ şirkətindən məktub almış və həmin məktuba əsasən 21 fevral 2024-cü il tarixli, Axx/xx/2024 nömrəli məktubda 25086,48 ABŞ dollar vəsaitin 23 yanvar 2022-ci il tarixli DK-ACK nömrəli müqaviləyə əsasən geri qaytarıldığı göstərilmişdir. "xxxx" MMC avans ödəyicisindən biri olan “Turan Bank“ ASC-yə müraciət etmiş və “Turan Bank“ ASC-nin Müştəri Xidmətləri Departmentinin 29 avqust 2024-cü il tarixli, 4228 saylı cavab məktubunda göstərilir ki, "xxxx" MMC ilə “X1 Sarl“ şirkəti arasında bağlanmış DR-AGK nömrəli 23 yanvar 2022-ci il tarixli müqavilə əsasında avans ödəniş edilmişdir. Cari ödənişin qarşılığı olaraq ölkəyə daxil olmuş malın dəyərinin arasında yaranan fərq məbləğindən dolayı benefisiar ödənişin 25086,48 ABŞ dollar hissəsini xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin “Turan Bank“ ASC-nın hesabına geri ödənilmişdir. Təyinat üzrə edilən düzəliş xx.xx.2024-cü il tarixində Banka daxil olmuşdur. Avans kimi görünən 14100 ABŞ dolları geri qaytarılmış 25086.42 ABŞ dolları vəsaitin hesabına bağlanmalıdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankına işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq etmə müddəti keçmişdir və belə olan halda hazırkı iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası İXM-nin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şərh edilməsinə dair qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 430.4-cii maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin müddəalarından görünür ki, həmin Məcəllənin 430.4cü maddəsində nəzərdə tutulan inzibati xəta Məcəllənini 34-cü Fəslində təsbit edilmiş iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Həmin Fəsildə təsbit edilmiş iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətə cəlb etmə müddəti isə həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən 4 ay müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilir ki, inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. İşə baxılarkən törədilmiş xətaya görə qanunla müəyyən edilmiş inzibati tənbeh tətbiq etmə müddəti, yəni 4 aydan artıq vaxt keçmişdir. Ona görə də məhkəmə ihesab edir ki, işə baxarkən inzibati xətaya görə tənbeh tətbiq etmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən, yəni inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətdən azad edilməlidir. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş "xxxx" MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, yəni məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-623/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-623/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver