Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-627/2025 28.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural leysan oğlunun iclas katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Tovuz rayonu Kirən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Kirən kəndində qeydiyyatda olan və yaşayan Şəxs (FİNxxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz RPŞ Qovlar PB-dən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ Qovlar İTB-nin sahə rəisi, polis baş leytenantı X6 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində Kirən kəndində küçədə ucadan nalayiq ifadələr işlətmiş və polisin əməkdaşlarının qanuni göstərişinə tabe olmamışdır. Daha sonra Şəxs inzibati qaydada tutulub və barəsində protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə gətirilmişdir. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirmişdir ki, rəsmi olaraq 2025-ci ildən Tovuz RPŞ-nin TB-də təhiqiqatçı işləyir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.202025-ci il tarixdə xx.xx.2025-ci il tarixədək İƏQ-da xidmətə təhkim edilmiş, xx.xx.2025-ci il tarixdə saat 02 radələrində X2 çağırışı ilə ona məxsus Tovuz rayonu Kirən kəndində yerləşən fərdi yaşayış getmişdir. Fərdi yaşayış evinə çatdıqda X1 olmuşdur. O, oğlunun sərxoş olduğunu və yaşayış evində olan əşyaları dağıtmasını, əlində ət doğranmasında istifadə edilən bıçaq olduğunu bildirmişdir. O, Tovuz RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X6 və Tovuz RPŞ-nin İTB-nin polis sahə nəfəri polis serjantı X8 ilə birlikdə həyətədaxil olmuşlar. Həmin vaxt həyətdə Şəxs səsləməyə başlamış, bu zaman Qulu Sərdar oğlu bağ istiqamətindən onlara tərəf gəlməyə başlamışdır. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdə, şəxsdən kəskin spirtli içki qoxusu gəlmişdir. Bu zaman Qulu atasının və polisin ünvanına nalayiq ifadələr işltəməyə başlamışdır. Onu nizam intizama dəvət etsələr də, Qulu Sərdar oğlu polisin heç-kim olduğunu, yaxşı etdiyini, evinin onun olduğunu və yandıracağını bildirmişdir. Qulu Sərdar oğlu həmin vaxt polisin və öz ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Onu Tovuz RPŞ-yə dəvət etdikdə isə gəlməyəcəyini və polisin ona heç nə edə bilməyəcəyini demişdir. O, bundan sonra qaçmağa cəht etdikdə onu tutaraq çağırışa getdiyi nöbətçi avtomobil ilə Tovuz RPŞ-yə gətirmişlər. Odur ki, həmin şəxslər barəsində qanuni qaydada tədbir görülməyini xahiş edir. Məhkəmə iclasında digər şahidlər X3 və Məmmədrzayeva Könül mübariz qızı da X7 ilə eyniməzmunlu izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta üzrə icraat aparaılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Tovuz rayonu Kirən kəndində yaşadığı ünvana içkili gələrək münaqişə yaratmış, bir qədər sonra polis əməkdaşları yaşadıqları ünvana gəlmiş və o, içkili olduğu üçün özündə olmamış, polis əməkdaşlarına itaətsizlik göstərmişdir. Etdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş sahə rəisini, şahid ifadələrini, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. İnzibati xətanın sərxoş vəziyyətdə törədilməsi ağırlaşdırıcı hallar kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin Şəxs inzibati həbsə alınmasının əvvəli 28 avqust 2025-ci il tarixdən, saat 03:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-627/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-627/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver