Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-629/2025 10.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 DİN BDYPİ X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24740170 saylı, xx.xx.2025-ci il tarixli EQ 25841051 saylı, xx.xx.2025-ci il tarixli EQ 26426517 saylı, xx.xx.2025-ci il tarixli EQ 26483957 saylı, xx.xx.2025-ci il tarixli EQ 26697526 saylı, xx.xx.2025-ci il tarixli EQ 27001128 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək DİN BDYPİ X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24740170 saylı, xx.xx.2025-ci il tarixli EQ 25841051 saylı, xx.xx.2025-ci il tarixli EQ 26426517 saylı, xx.xx.2025-ci il tarixli EQ 26483957 saylı, xx.xx.2025-ci il tarixli EQ 26697526 saylı, xx.xx.2025-ci il tarixli EQ 27001128 saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, VAZ 2101 minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 04 sentyabr 2021-ci il tarixdə X1 etibarnamə əsasında satmış, həmin tarixdən maşını ona təhvil vermişdir. Protokol tərtib edilən vaxt həmin maşını o idarə etməmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək eyniməzmunlu izahat vermişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, DİN BDYPİ X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24740170 saylı, xx.xx.2025-ci il tarixli EQ 25841051 saylı, xx.xx.2025-ci il tarixli EQ 26426517 saylı, xx.xx.2025-ci il tarixli EQ 26483957 saylı, xx.xx.2025-ci il tarixli EQ 26697526 saylı, xx.xx.2025-ci il tarixli EQ 27001128 saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli, inzibati material yenidən baxılması üçün AR DİN Baş Dövlət Yol İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X4nə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 338.5-ci maddəsinə əsasən At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində olan xx.xx.2024-cü il tarixli EQ 24740170 saylı, xx.xx.2025-ci il tarixli EQ 25841051 saylı, xx.xx.2025-ci il tarixli EQ 26426517 saylı, xx.xx.2025-ci il tarixli EQ 26483957 saylı, xx.xx.2025-ci il tarixli EQ 26697526 saylı, xx.xx.2025-ci il tarixli EQ 27001128 saylı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərkən kifayət qədər sübuta istinad edilməmiş, avtomobilin X3 tərəfindən idarə edilib-edilməməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün DİN BDYPİ X4 tərəfindən xx.xx.2024-cü il tarixli EQ 24740170 saylı, xx.xx.2025-ci il tarixli EQ 25841051 saylı, xx.xx.2025-ci il tarixli EQ 26426517 saylı, xx.xx.2025-ci il tarixli EQ 26483957 saylı, xx.xx.2025-ci il tarixli EQ 26697526 saylı, xx.xx.2025-ci il tarixli EQ 27001128 saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, inzibati xətanın kimin tərəfindən törədilməsinə dair sübutlar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İ̇nzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, DİN BDYPİ X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24740170 saylı, xx.xx.2025-ci il tarixli EQ 25841051 saylı, xx.xx.2025-ci il tarixli EQ 26426517 saylı, xx.xx.2025-ci il tarixli EQ 26483957 saylı, xx.xx.2025-ci il tarixli EQ 26697526 saylı, xx.xx.2025-ci il tarixli EQ 27001128 saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli və iş yenidən baxılması üçün AR DİN Tovuz Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN BDYPİ X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 24740170 saylı, xx.xx.2025-ci il tarixli EQ 25841051 saylı, xx.xx.2025-ci il tarixli EQ 26426517 saylı, xx.xx.2025-ci il tarixli EQ 26483957 saylı, xx.xx.2025-ci il tarixli EQ 26697526 saylı, xx.xx.2025-ci il tarixli EQ 27001128 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və iş yenidən baxılması üçün dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-629/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-629/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver