Məhkəmə qərarları › İş №3(062)-634/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-634/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-634/2025 29.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01.7.1984-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (FİNxxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 protokola uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Tovuz Rayon Polis Şöbəsinə polis baş serjantı X7 tərəfindən raport daxil olmuşdur. Raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs M.Ə.Sabir küçəsində polisin ünvanına nalayiq ifadələr işlədərək onların qanuni fəaliyyətinə mane olmuş, onu intizama dəvət edən polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq hərəkətlərinə davam etmiş və bununlada polisin qanuni tələbini yerinə yetirməmişdir. Daha sonra Şəxs barəsində protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə gətirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən qanunamuvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında sərxoş olmuşdur. “Maşın keçidi” adlanan ərazidən avto qəzanın səsini eşitmiş və dərhal o əraziyə kömək məqsədi ilə yollanmışdır. Bir nəfər yaralı şəxsin qəzalı avtomobildən düşürülməsinə yardım edərək ambulansa mindirdikdən sonra həmin ərazidə bir neçə mülki avtomobilin ambulansın qarşısını kəsdiyini görmüş və bu barədə uca səslə və kobud surətdə öz iradını bildirmişdir. Ambulans getdikdən sonra həmin ərazidə olan taksi sürücülərinə irad tutmağa başlamış, lakin polis əməkdaşları səhv başa düşərək onu Tovuz Rayon Polis Şöbəsinə apararaq sonuncunun barəsində protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasında əgər səhvi varsa polis əməkdaşlarından üzr istədiyini bildirərək, məhkəmədən barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Tovuz RPŞnin PPXB-nin manqa komandiri, polis baş serjantı vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə gecə saatlarında M.Ə.Sabir küçəsində avtoqəza baş verən ərazidə xidməti vəzifəsini icra edərkən, adını sonradan bildiyi Şəxs polisin qanuni fəaliyyətinə mane olmağa çalışmış, bu zaman polis əməkdaşları Şəxs hadisə yerindən uzaqlaşdırmışlar. Daha sonra Şəxs ictimai yerdə polisin ünvanına nalayiq ifadələr işlədərək özünə kütlənin diqqətini cəlb etməyə çalışmış, polis əməkdaşları tərəfindən nizam-intizama riayət etməyə dəvət edilməsinə baxmayaraq polisin qanuni tələbinə tabe olmayaraq özünün qanunsuz əməlinə davam etmişdir. Daha sonra Şəxs Tovuz Rayon Polis Şöbəsinə gətirilərək onun barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 İslam Bayram oğlu ilə eyniməzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 990 nömrəli inzibati qaydada tutma hqqında protokola əsasən Şəxshəmin tarixdə saat 01.30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli arayışa əsasən, Şəxs son bir ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, Şəxs provokativ hərəkətlər edərək polis əməkdaşlarını münaqişəyə cəlb etmək səylərini, səs-küy salmasını, xidmət aparan polis əməkdaşları barədə mənfi rəy formalaşdırmağa cəhd etməsini, polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmasını, hərəkətlərinə son qoyması ilə bağlı polisin qanuni tələblərinə tabe olmayaraq hərəkətlərinə davam etməsini onun əməlini səciyyələndirən hallar kimi qiymətləndirir və hesab edir ki, Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ağırlaşdırıcı hallar kimi inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini müəyyən etmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 29 avqust 2025-ci il tarixdən, saat 01:00-dan hesablansın. Qərаrın icrаsı Tovuz Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar