Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-635/2025 29.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və şahid X3 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Tovuz rayonu Alakol kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, işsiz, əlilliyi olmayan, Tovuz rayonu, Alakol kəndində qeydiyyatda olan və yaşayan Şəxs (AA*******) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində evdə pəncərə şüşəsini sındırmış, anasını söyüb-təhqir etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi, polis mayoru X5 protokola uyğun izahat verərək bildirmişdir ki, 28 avqust 2025-ci il tarixdə saat 17:30 radələrində X6 DİN-nin “102” Qaynar Xəttinə zəng edərək oğlu Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Polis əməkdaşları hadisə yerinə getdikdə Şəxs küçədə anası X3 arxası ilə qaçaraq ona qarşı nalayiq ifadələr işlətdiklərini görmüşdür. Polis əməkdaşları Şəxs yaxınlaşaraq sonuncunu nizam-intizama dəvət etsələr də, Şəxs polis əməkdaşlarının da ünvanına nalayiq ifadələr işlədərək onların qanuni tələbinə tabe olmamışdır. Daha sonra Şəxs Tovuz Rayon Polis Şöbəsinə gətirilərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan əməli etiraf etmiş, həmin zaman sərxoş olduğunu və hazırda əməlindən peşman olduğunu, bu kimi halların bir daha təkrarlanmayacağını, bir daha spirtli içki qəbul etməyəcəyini və polis əməkdaşlarından üzr istəiyini bildirmişdir. Məhkəmə iclasında şahid X6 izahat verərək Şəxs evə mütəmadi olaraq sərxoş vəziyyətdə gəlib evin pəncərələrini və əşyalarını sındırdığını, X4 qarşı nalayiq ifadələr işlədərək döydüyünü, Şəxs şikayətçi olduğunu və onun barəsində inzibati həbs növündə inzibati tənbehin təyin edilməsini xahiş etdi. Həmçinin Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onların qanuni tələbinə tabe olmadığını bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən, Şəxs Arif oğlu son bir ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə 15 dəfə, Azərbaycan X1 Məcəlləsinin 565-ci maddəsi ilə 10 dəfə, Azərbaycan X1 Məcəlləsinin 396-cı maddəsi ilə 12 dəfə, Azərbaycan X1 Məcəlləsinin 393.1-ci maddəsi ilə 4 dəfə, Azərbaycan X1 Məcəlləsinin 510-cu maddəsi ilə, Azərbaycan X1 Məcəlləsinin 157ci maddəsi ilə inzibati xətaya məruz qalmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidi və barəsində inzibati xəta üzrə icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini və inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Azərbaycan X1 Məcəlləsınin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2, 31, 34, 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmanın əvvəli 28 avqust 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-635/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-635/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver