Məhkəmə qərarları › İş №3(062)-636/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-636/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-636/2025 29.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işləməyən, əlilliyi olmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayan Şəxs (FİNxxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz regional “ASAN xidmət” mərkəzinin 8i- 10199 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydi üzrə 4689.18 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 bildirmişdir ki, borclu Şəxs "xxxx" ASC-yə borcu vardır. Borcluya xx.xx.2025-ci il tarixində xəbərdarlıq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hərbçi olduğu dövrdə 8000 manat kredit götürmüş, sonra işdən ayrıldığı üçün qalan 4689.18 manat məbləğdə borcunu ödəyə bilməmişdir. Hal-hazırda bütün məbləği ödəməyə imkanı çatmır. Himayəsində 2 azyaşlı övladı vardır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Tovuz regional “ASAN xidmət” mərkəzinin 8i-10199 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydində göstərilmişdir ki, BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev 153, 687-Cİ MƏHƏLLƏ, PORT BAKU TOWER 2 ünvanında yerləşən KAPİTAL BANK AÇİQ SƏHMDAR CƏMİYYƏTİNİN /VÖEN:**********/ xeyrinə TOVUZ, AŞAĞİ QUŞÇU K. ünvanında qeydiyyatda olan Şəxs (AZE15826608, xx.xx.2015 - TOVUZ RPŞ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1990) GTKR4408966B299 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 4470 manat 28 qəpik (dörd min dörd yüz yetmiş manat iyirmi səkkiz qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 4495 manat 28 qəpik (dörd min dörd yüz doxsan beş manat iyirmi səkkiz qəpik) pul tutulsun. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Tovuz regional “ASAN xidmət” mərkəzinin 8i-10199 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydi üzrə icraata başlanmışdır. Tovuz regional “ASAN xidmət” mərkəzinin 8i-10201 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydində göstərilmişdir ki, BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev 153, 687-Cİ MƏHƏLLƏ, PORT BAKU TOWER 2 ünvanında yerləşən KAPİTAL BANK AÇİQ SƏHMDAR CƏMİYYƏTİNİN /VÖEN:**********/ xeyrinə TOVUZ, AŞAĞİ QUŞÇU K. ünvanında qeydiyyatda olan Şəxs (AZE15826608, xx.xx.2015-TOVUZ RPŞ QvŞV bölməsi; FİN: xxxxxxx; d/t: xx.xx.1990) BRCB0293491B299 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 168 manat 90 qəpik (yüz altmış səkkiz manat doxsan qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 193 manat 90 qəpik (yüz doxsan üç manat doxsan qəpik) pul tutulsun. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Tovuz regional “ASAN xidmət” mərkəzinin 8i-10201 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydi üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli qərarla Tovuz regional “ASAN xidmət” mərkəzinin 8i-10199 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydi və Tovuz regional “ASAN xidmət” mərkəzinin 8i- 10201 nömrəli xx.xx.2025-ci il tarixli icra qeydi üzrə icraat birləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 2 azyaşlı uşağın olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə almış, məsuliyyəti ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar