Məhkəmə qərarları › İş №3(062)-639/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-639/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-639/2025 24.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə inzbati xəta törətdiyinə görə 1000 manat cərimə olunmuşdur. X6 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, əsassız olaraq 1000 manat cərimələnmişdir. 10 may 2022-ci il tarixdə hadisə baş vermişdir. Həmin şəxs X5 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşı olub. Hadisənin baş verməsi zamanı həmin idarəyə rəsmi məlumatın verilibverilməməsi, o cümlədən Gəncə Regional İdarəsi tərəfindən Dövlət Xidmətinə rəsmi qaydada məlumatın təqdim edilib-edilmədiyi araşdırılmamışdır. Eyni zamanda həmin məlumatın vəzifə öhdəliklərinə uyğun olaraq kimin tərəfindən verilməsi ilə bağlı vəzifəli şəxslərin dairəsi müəyyən edilməmişdir. Həmçinin yerli region idarələrinin öz səlahiyyətləri çərçivəsində digər xidmətin yerli orqanlarına, yəni X8 Xidmətinin Qazax-Tovuz regional şöbəsinə məlumat vermə imkanının daha yüksək operativlik təşkil etməsi və çevik olması nəzərdən qaçırılmışdır. Bundan əlavə hadisə barədə orqana nə vaxt məlumatın verilməsi barədə rəsmi sənəd təqdim edilməyib. Belə ki, hadisə 10 may 2022-ci ildə baş verdiyi halda, inzibati orqanın protokolu 04 avqust 2025-ci il tarixdə tərtib edilmişdir. Bununla əlaqədar hesab edir ki, qanunvericiliyin tələbinə əsasən inzbati tənbehin verilməsi barədə qərar qanunla müəyyən edilmiş müddət ötürlməklə yəni 3 il keçdikdən sonra tərtib edilmişdir. Bu halları nəzərə alaraq əsasən barəsində olan xx.xx.2025ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə materialın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində bildiriş rəsmi göndərilməsinə baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs məhkəmə prosesində iştirak etməmişdir. X6 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şiklayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi və qərardan şikayət verən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, hazırda baş məsləhətçi- baş əmək müfəttişi vəzifəsində işləyir. İşəgötürən qanunvericiliyin tələbini pozaraq istehsalatda baş verən bədbəxt hadisələr barəsində nəzarəti həyata keçirən dövlət orqanına dərhal məlumat verməyə borclu olduğu halda qanunun bu tələbindən yayınmaqla İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş normanın tələbini pozmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X11, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional İdarəsinin işçisi X2 10 may 2022-ci il tarixdə saat 09:30 rədələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı tərəfimizdən aparılmışdır. Hadisənin olması tərəfimizdən vaxtaşırı yoxlamalar nəticəsində aşkarlanmışdır. Hadisə barəsində məlumat 2025-ci ilin iyul ayında aşkar olunmuş və bu barədə X4 izahat verməsi üçün bildiriş göndərilmişdir. X13 tərəfindən heç bir məlumat göndərilməmişdir. Odur ki, məhkəmədən verilmiş şikayətin təmin edilməməsi və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanmasını xahiş etdi. İşdə olan xx.xx.2025-ci -ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsinin 1000 (min) manat məbləğində cərimə olunması barədə xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqda qərarı ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə məsuliyyət müəyyən olunur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, X10 tərəfindən inzibati xətanın törədilməsi halı Tovuz Rayon Mərkəzi Xəstəxanasının məlumatı və X2 barəsində aparılmış təhqiqat materiallarına əsaslanmışdır. Hadisənin törədilməsi vaxtından qanunvericliyin tələbinə əsasən keçən inzibati xətaya cəlb etmə müddəti keçmişdir. Bu hal iş materialları ilə öz təsdiqini tapır. Bundan əlavə X1 müəyyən edilməməsi və protokolda və qərarda maddənin dispozisiyası göstərilməklə hansı xətanın törədilməsi aşkar qeyd edlməmişdir. Qanunvericliyin tələbinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hadisənin törədilməsi vaxtından 03 il keçdiyindən X3 barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar maddi və prosessual normalar pozulmaqla qəbul olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzbati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və barəsində inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar