Məhkəmə qərarları › İş №3(062)-64/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-64/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-64/2025 28.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar X1 iştirakı ilə xx.xx.1989-cu ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, öz deməsinə görə məhkumluğu olmayan, işsiz, əlilliyi olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)- 2175/2024-007 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış 2400 manat məbləğdə borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Tovuz rayon icra və probasiya şöbəsinin icra məmuru X5 bildirmişdir ki, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-2175/2024-007 saylı xx.xx.2024-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməmiş və nəticədə 2400 manat məbləğdə aliment borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-2175/2024-007 saylı xx.xx.2024-ci il tarixli icra sənədi üzrə 2400 manat məbləğdə aliment borcu var. Alimenti ödəmək niyyəti yoxdur. Azadlıqdan məhrum edilsə belə, tələbkara 1 qəpik belə ödəməyəcək. Çünki tələbkar X4 öz rahatçılığı üçün onun spirtli içki aludəçisi olduğunu bəhanə edib ailəsini dağıtmışdır. Barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar X4 izahatında bildirmişdir ki, Şəxs aliment ödəmədiyi üçün uşağı saxlamaqda çətinlik çəkir. Şəxs alimenti ödəməyəcəyini ona da bildirmiş, indiyədək heç bir ödəniş etməmişdir. Buna görə də barəsində ciddi tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli 2(062)-2175/2024 nömrəli icra sənədinə əsasən həmin tarixli və nömrəli Tovuz Rayon Məhkəməsinin qətnaməsinə əsasən qət edilmişdir ki, Şəxs ilə X1 birgə yaşayış və nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş Nihat və xx.xx.2023cü il tarixdə anadan olmuş Murad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay bir uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X3 verilsin. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən xx.xx.2024-cü il tarixli 2(062)-2175/2024 nömrəli icra sənədi ilə bağlı icraata başlanılmış və borclu qərarla tanış edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 2(062)-2175/2024 nömrəli icra sənədi üzrə tələbin 10 gün ərzində könüllü icra edilməli olması borcluya bildirilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını və icra işini tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu, habelə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-2175/2024-007 nömrəli xx.xx.2024-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun məhkəmə qətnaməsinin icrası ilə əlaqədar digər qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edərək inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini, törədilən inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə almaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilsin. Şəxs inzibati həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 11:30-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar