Məhkəmə qərarları › İş №3(062)-643/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-643/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-643/2024 31.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, İnzibati xəta haqda protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx xxxx 1988-ci ildə Tovuz rayonunun Xatınlı kəndində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Tovuz rayonunun Qaraxanlı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o öz qohumu X2 100 manat pulunu və 1,63 qram üzüyünü dələduzluq yolu ilə ələ keçirərək talamışdır. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyati üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs X3 protokolun məzmununa uyğun izahat verərək üqanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqda icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, problemleri oldu deyə o Şəbnəm adlı qohumunu aldadaraq onun pulunu və qızılını ələ keçirmişdir. Onun dəymiş ziyanı ödəməyə imkanı yoxdur. Onu axtarıb tapan kimi ona qarşı da dələduzluq edənlərin tapılmasını istəyir. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Şəhriyar adlı şəxs onu aldadaraq 100 manatını və 1,63 qram çəkidə üzüyünü dələduzluq yolu ilə ələ keçirmiş, işlədiyi ofiusi bağlayaraq qaçıb getmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş və inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır, o qeyd edilən protokol üzrə inzibati xətaları törətməkdə təqsirli bilinərək, həmin inzibati xəta haqqında protokol üzrə inzibati xətanı törətməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Onun qeyd edilən inzibati xətanı törətməsi iş üzrə cinayət işinin başlanımasının rədd eidlməsi haqqında qərarla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə hesab edir ki, ictimai işlər növündə inzibati tənbehin verilməsi inzibati xəta törədən şəxsin şəxsiyyətinə uyğun deyildir.Belə ki, əmək qabiliyyətli şəxs olaraq qazanc əldə etmək imkanına malik bir şəxsin başqasının mülkiyyətinə, o cümlədən ərindən uzaqda yaşayan bir qadının, özü də qohumunun əmlakına qəsd etməsi onun şəxsiyyətini mənfi cəciyyələndirən hallardan hesab edilməlidir. Bundan başqa da o zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Əksinə o bunu başqalarının ona qarşı edilən dələduzluqlarla əlaqələndirməklə ziyanı ödəmək fikrində olmadığını qeyd etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ictimai işlər növündə tənbehin tətbiqi kifayət sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüquqlarının olmasını izah etməyi lazım bilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) ay müddətinə inzibati həbs edilsin və o məhkəmə iclas zalında tutulsun. İnzibati həbsin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 31 iyul 2024-cü il, saat 12:00-dan hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar