Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-648/2024 23.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 3(062)-822/2023 saylı qərarı ilə şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Tovuz regional şöbəsinin 06 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin qeyd olunan qərarından X5 Xidmətinin Qazax-Tovuz Regional şöbəsinin vəzifəli şəxsi apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin 06 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 3(104)- 306 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 3(062)-822/2023 saylı qərarı ləğv edimiş və iİş yenidən araşdırılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 xx.xx.2023-cü il tarixdə son yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra işçi iddia edirdi ki, o, artıq 20 gün də işləmişdir. Buna görə də Əmək müfəttişliyinə şikayət etmişdir. Vətəndaşın bundan əlavə şikayəti olmamışdır. Əmək müfətişliyi işçinin şikayəti olmadığı halda son haqq-hesabın gec verilməsinə dair araşdırma aparmışdır. Halbuki, dövlət büdcəsindən maliyyələşən qurum olmaqla tibb müəssisəsinə sifariş əsasında aylıq ayırmalar ayrılır və bu hal qanunvericiliklə tənzimlənir. Mərkəzi Xəstəxana dövlət adından yaradılan X8b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. X11lərə dövlət büdcəsi hesabına ayrılan məqsədli vəsaitlərin yuxarı həddi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq proqnozlaşdırılır və hər ilin dövlət büdcəsində nəzərdə tutulur. Yəni işçilərə ödənilməli pul vəsaitinin büdcədən ayırmalarda nəzərdə tutulması gərəkir. Həmin pul məbləğinin ancaq növbəti ilin büdcədən pul vəsaitinin ayrılması zamanı X11in dövlət sifarişi ilə nəzərdə tutula bilər. Bütün ödəmələr ilk öncə sifariş edildikdən sonra dövlət büdcəsindən ayrılır. İşçiyə münasibətdə də bu kimi hallara əməl edilmişdir. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, habelə, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə həmin onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından görünür ki, X4 barəsində X5 Xidmətinin Qazax-Tovuz Regional şöbəsi tərəfindən İXM-nin 192.4-cü maddəsi ilə 28 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında protokol və 06 sentyabr 2023-cü il tarixdə inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir, ona görə ki, Tovuz rayon Dönük-Qırıqlı kənd həkim məntəqəsində feldşer vəzifəsində işləyən X3 işdən çıxarkən əmək haqqı və son haqq-hesabın ödənilməsində Əmək Məcəlləsinin 83.2-ci və 172.4-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə diqqətə çatdırır ki, şikayətin dəlilləri əsassızdır. Çünki, Tovuz rayon Dönük- Qırıqlı kənd həkim məntəqəsində feldşer vəzifəsində işləyən X2 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq ona ödənilməli olan ödənclər həmin gün verilməmişdir. Onun müraciətindən sonra yalnız xx.xx.2023-cü il tarixdə ödəmə həyata keçirilmişdir. Bununla da Əmək Məcəlləsinin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X4 verdiyi şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qazax-Tovuz regional şöbəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-648/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-648/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver