Məhkəmə qərarları › İş №3(062)-65/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-65/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-65/2023 19.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə Şəxs - xx xxxx 1966-cı ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz şəhəri E.Quliyev küçəsi ev 34-də qeydiyyatda olan və yaşayan barəsində Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmiş və məhkəməyə verilmişdir ona görə ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 1(104)-287/2016 saylı icra vərəqəsinə əsasən, X6 7450 manat, X4 16270 manat, X7 11590 manat, X5 7610 manat məbləğində pul Şəxs və X1 müştərək qaydada alınaraq onların xeyrinə tutulması qərara alınmışdır, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun tələblərini yerinə yetirməmiş və məhkəmə qərarının icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 1(104)-287/2016 saylı icra vərəqəsinə əsasən, X6 7450 manat, X4 16270 manat, X7 11590 manat, X5 7610 manat məbləğində pul Şəxs və X1 müştərək qaydada alınaraq onların xeyrinə tutulması qərara alınmışdır. Həmin icra vərəqəsi Tovuz Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlanılması haqqında qərar qəbui edilərək tərəflərə göndərilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs icra məmurunun tələblərini yerinə yetirməmiş və Gəncə Apellyasiya Məhkəməsinin icra vərəqəsinin icrasından müxtəlif yollarla boyun qaçıraraq 41635 (qırx bir min altı yüz otuz beş) manat borcunu ödəməmişdir. Ona görə də iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 1(104)-287/2016 saylı icra vərəqəsinə əsasən, X6 7450 manat, X4 16270 manat, X7 11590 manat, X5 7610 manat məbləğində pul ondan və X1 müştərək qaydada alınaraq onların xeyrinə tutulması qərara alınmışdır. O, icra vərəqəsinin icrasından boyun qaçırmamış, daimi iş yeri olmadığından icra vərəqəsində qeyd olunan məbləği ödəməyi gecikdirmişdir. Onun maddi vəziyyəti aşağı olduğundan və səhhətində problemlər olduğundan stabil olaraq hər ay borcundan 40-50 manat ödəniş edə bilmişdir. Həmçinin İİİ qrup əlil olduğundan iş tapmaqda çətinlik çəkir. Ona görə də barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiailarnı araşdırıb, icra məmuru Azər Mustafazadəni və borclu Şəxs dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi göstərilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 1(104)-287/2016 saylı icra vərəqəsinə əsasən, X6 7450 manat, X4 16270 manat, X7 11590 manat, X5 7610 manat məbləğində pul Şəxs və X1 müştərək qaydada alınaraq onların xeyrinə tutulması qərara alınmışdır. Borclu Şəxs icra vərəqəsinin icrasından boyun qaçırmır, əksinə o, stabil olaraq tələbkara hər ay 40-50 manat ödəniş etmiş və geri qalan borcunu tez bir zamanda ödəməyə söz vermişdir. Göründüyü kimi inzibati qaydada işinə baxılan Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzürsüz səbəbdən icra edilməməsi hərəkətlərinə yol verməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0, 53.0.2 və 114.1.4-cü maddələrinin tələbinə görə, əməldə inzibati xəta tərkibi oimadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar