Məhkəmə qərarları › İş №3(062)-65/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-65/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-65/2024 09.02.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, evli, ali təhsilli, Tovuz şəhəri M.Ə.Sabir küçəsi ev 1-də yaşayan Şəxs Barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala Tovuz rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 07 yanvar 2024-cü il tarixdə Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində mülkiyyətində olan ov silahı ilə ov qaydalarının kobud şəkildə pozmaqla yəni qadağan olunmuş müddətlərdə ov etməklə ov qaydalarını pozmuşdur. Şəxs barəsində Tovuz Rayon Polis Şöbəsi tərəfindən 29 yanvar 2023cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında inzbati xətanı etiraf edərək verdiyi ifadəsində göstərdi ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasında həkim işləyir. Ov həvəskarıdır. 2012-ci ildən ovçuluq və balıqçılıq cəmiyyətinin üzvüdür. 07 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndinin ərazisində “Ağ dağ” adlanan əraziyə getmişdir. O özü ilə 16 kalibrli İJ-27 markalı 27589 nömrəli ov tüfəngini götürmüşdür. Bir az getdkdən sonra qonşusu Ramizi də orada görmüşdür. Ramiz də ov etmək istəyini bildirmişdir. Ramiz də özünə məxsus ov tüfəngini evdən götürərək gəlmişdir. O və Ramiz quşlara atəş açmışdır. O quşlardan 04 ədədini vurmuşdur. Ovladığı quşları götürüb torbaya qoymuşdur. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onları Tovuz RPŞ-yə dəvət etmişlər. Tovuz RPŞ-də ov tüfənginə və vurulmuş quşlara baxış keçirilərək sənədləşdirilmişdir. Etdiyi əməldən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, inzibati xəta haqqında protokol, digər sübutlarla təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İşə əlavə olunmuş 11 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alır. Şəxs əməlindən peşman olmasını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə göstərilən halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri kimi ona məxsus olan ov tüfənginin müsadirə olunmamasını və ov hüququnun məhdudlaşdırılmasını qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə ov silahının Şəxs mülkiyyətində olmaqla qanuni surətdə əldə etməsini, ilk dəfə inzbati xəta törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq silahın müsadirə olunmasını məqsədə müvafiq hesab etmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 48, 84, 112, 114, 129-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3cü maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar