Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-656/2023 30.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Azərbaycan Respublikası İXM-nin 493cü maddəsi ilə tərtib etdiyi protokol üzrə inzibati materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmiş və məhkəməyə verilmişdir ona görə ki, xx.xx.2023-cü il tarixdə 20EN665/20ZB665 dövlət nömrə nişanlı, SCHMİTZ S 01 markalı nəqliyyat vasitəsində Şəxs MMC-nin ünvanına gətirilən “rəngsiz şüşədən butulkalar” yükünün gümrük ərazisinə daxil olmasından 15 (on beş) gündən çox müddət keçməsinə baxmayaraq, yükün rəsmiləşdirilməsi üçün təyinat gömrük orqanı olan Tovuz Gömrük İdarəsinə gömrük bəyannaməsi təqdim olunmamışdır, bununla da adı çəkilən hüquqi şəxs tərəfindən gömrük qanunverciliyinin tələbləri pozulmuşdur. Şəxs MMC-yə və Tovuz Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, təşkilatın və idarənin səlahiyyətli nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməli Azərbaycan Respublikası İXMnın 493-cü maddəsi ilə düzgün tovsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası İXM-nın 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin məcəllənin 18.1-ci masddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filialı və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin məcəllənin 18.5 -ci masddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC tərəfindən idxal olunan mallara görə müəyyən olunmuş müddət ərzində gömrük bəyannaməsi təqdim olunmamış, həmin müddətin uzadılması barədə MMC tərəfindən gömrük orqanına müraciət daxil olmamışdır. Məhkəmə tərəfindən Şəxs MMC-yə inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsinin tərkibi vardır və onun barəsində hüquqi şəxs kimi inzibati tənbeh tətbiq edilib cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 117 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-656/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-656/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver