Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-660/2024 05.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1981-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, əlilliyi olmayan, evli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 16(062)-40/2023 saylı icra vərəqəsinə əsasən “Mercedes AXOR” markalı **-FL-*** dövlət nömrə nişanlı yük avtomobili və həmin avtomobilin **-ZA-*** dövlət nömrə nişanlı yarım qoşqusundan istifadə edilməsi Şəxs və başqalarına qadağan olunması barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 16(062)-40/2023 saylı icra vərəqəsinə əsasən “Mercedes AXOR” markalı **-FL- *** dövlət nömrə nişanlı yük avtomobili və həmin avtomobilin **-ZA-*** dövlət nömrə nişanlı yarım qoşqusundan istifadə edilməsi Şəxs və başqalarına qadağan edilməsi qərara alınmışdır. Həmin icra vərəqəsinin icrasından Şəxs üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Mercedes AXOR” markalı **-FL-*** dövlət nömrə nişanlı yük avtomobili və həmin avtomobilin **-ZA-*** dövlət nömrə nişanlı yarım qoşqusundan istifadə etmir. Məlumat olaraq bildirmək istəyir ki, **-ZA-*** dövlət nömrə nişanlı yarım qoşqu 2022-ci ilin iyul ayında satılmış və avtomobil isə Xocasən yolunda dayanacaq məntəqəsindədir. Yəni o hər hansı avtomobil və ya yarımqoşqunu istifadə etmir. Onun barəsində mövcud olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair Tovuz Rayon Məhkəməsində qaldırılmış iddia baxılmamış saxlanılmışdır. Ona görə də hesab edir ki, icra vərəqəsinin icrasından qərəzli boyun qaçırmır. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 3(062)-2435/2023 saylı qərardadından görünür ki, iddiaçılar X3 və X1 cavabdeh Şəxs qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs “Mercedes AXOR” markalı **- FL-*** dövlət nömrə nişanlı yük avtomobili və həmin avtomobilin **-ZA-*** dövlət nömrə nişanlı yarım qoşqusundan hazırda istifadə etmir. Həmçinin Tovuz Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 3(062)-2435/2023 saylı qərardadından görünür ki, iddiaçılar X3 və X1 cavabdeh Şəxs qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. Şəxs istifadəsində yuxarıda qeyd edilən avtomobilin və yarım qoşqunun olmaması onun icra vərəqəsinin icrasından yayınmama kimi qiymətləndirilə bilməz. Bu isə Şəxs qərarın icrasından qərəzli şəkildə boyun qaçırmadığının göstəricisidir. Bundan əlavə mübahisənin məhkəmədə həllinə dair mülki iş baxılmamış saxlanılmışdır. Belə olan halda iddianın təmin tədbiri öz əhəmiyyətini itirmişdir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-660/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-660/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver