Məhkəmə qərarları › İş №3(062)-663/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-663/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-663/2024 05.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, orta təhsilli, subay, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 16 iyun 2010-cu ildə anadan olmuş Vüsal, 06 mart 2015-ci ildə anadan olmuş Nərgiz və 19 sentyabr 2019-cu ildə anadan olmuş Xəyal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 90 manat alimentin alınaraq X2 verilməsi barədə icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 16 iyun 2010-cu ildə anadan olmuş Vüsal, 06 mart 2015-ci ildə anadan olmuş Nərgiz və 19 sentyabr 2019-cu ildə anadan olmuş Xəyal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 90 manat alimentin alınaraq X2 verilməsi qət olunmuşdur. Şəxs borcunun ödənilməsi tələb olunmasına baxmayaraq o icra vərəqəsi üzrə öhdəlyinin icrasından yayınır. İcra sənədinin icrasından üzrsüz səbəblərdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Qətnaməni icra etmədiyinə görə 9720 manat borcu yığılmışdır. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstədi ki, 2 ay bundan əvvələ kimi Şahanə İsmayılova onunla bir evdə yaşamışdır. Onun boşanmaq fikri olmamışdır. Əvvəllər də aliment müəyyən olunan vaxt elə bilmişdir ki, aliment sosial yardım üçün müəyyən olunub. Şahanə özü çıxıb atası evinə getmişdir. Onun getməsini istəmir. Hazırda maddi imkanı olmadığı üçün aliment borcunu ödəyə bilməmişdir. Vaxt verilərsə 100 manat ödəməyə maddi imkanı çatır. Hazırda ödəniş edə bilmir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəmə iclasında bildirdi ki, Şəxs borcundan heç bir ödəmə etmir. Alimenti ödəmir və ailəsinə baxmır. İndiyə qədər 100 manatdan başqa ödəmə etməmişdir. Hazırda yığılan borcundan da ödəmə etmək fikri yoxdur. Uşaqların saxlanması üçün pula böyük ehtiyacı var. Borcun tam ödənilməsini tələb edir, əks halda ondan şikayətçidir və məhkəmədən ədalətli qərar qəbul etməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Şəxs borcundan ödəmə etməmişdir. Aliment üzrə 9720 manat borcu var və yığılmış borcdan Şəxs ödəniş etmək niyyəti yoxdur. Belə ki, o həmin borcun ödənilməsi üçün müddət verilərsə 100 manat verə biləcəyini bildirmişdir. Bu hal onu deməyə əsas verir ki, Şəxs qətnamənin icrasından qərəzli yayınır. Məhkəmə Şəxs şəxsiyyətini, yuxarıda qeyd olunan məsuliyyətini yüngülləşdirən halı və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 05 avqust 2024-cü il tarixdən saat 16:25-dən hesablansın. Qərarın icrası Tovuz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar