Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-663/2025 21.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məsimov Fərid Eldar oğlunun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 9 saylı X1 nümayəndəsi X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 9 saylı X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 9 saylı X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-663/2025 saylı qərarına əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək fiziki şəxs kimi 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 9 saylı X2 tərəfindən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(104)-668/2025 saylı qərarına əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-663/2025 saylı qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Şəxs hazırda aktiv VÖEN-in olub-olmamasını və əvvəl hansı fəaliyyət sahəsi ilə bağlı olmasını tam aydınlaşdırmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən həmin hallara əsaslı hüquqi qiymət verməmiş və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Şəxs tərəfindən Tovuz rayonu Düz Qırıqlı kəndində mövcud olan avtoyuma məntəqəsində formalaşan tullantı sularının Düz Qırıqlı kəndində suvarılma məqsədilə istifadə olunan kənd daxili kanala axıdılması faktı aşkar edilmişdir. Bununla da Şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 9 saylı X1 nümayəndəsi X6 tərtib etdiyi protokolu müdafiə edərək göstərdi ki, keçirirlən nəzarət tədbirləri zamanı Tovuz rayonu Düz Qırıqlı kəndində mövcud olan avtoyuma məntəqəsində formalaşan tullantı suyu birbaşa Düz Qırıqlı kəndində suvarılma məqsədilə istifadə olunan kənd daxili kanala axıdılması faktı aşkar edilmişdir. Araşdırma zamanı sözü gedən avtoyuma məntəqəsi Tovuz rayonu Düz Qırıqlı kənd sakini Şəxs tərəfindən fəaliyyət göstərdiyi və onun həmin fəaliyyət sahəsi ilə bağlı ********** saylı aktiv VÖEN-nin olması məlum olmuşdur. Həmin ərazidə foto şəkillər çəkilmişdir. Nəticədə Şəxs tərəfindən törədilmiş inzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Tovuz rayonu Düz Qırıqlı kəndində yerləşən avtoyuma məntəqəsini etibarnamə ilə o, idarə edir. Avtoyuma məntəqəsində formalaşan tullantı sularını Düz Qırıqlı kəndində torpaqların suvarılması məqsədilə istifadə olunan kənd daxili kanala axıdılmışdır. Həmçinin onun adına aktiv VÖEN olmuşdur və o, həmin VÖEN-i avtoyuma məntəqəsinə bitişik çay evini işlətmək üçün açdırmışdır. Hazırda törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 9 saylı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il aktdan görünür ki, inzibati araşdırmanın nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103cü maddəsinin 14-cü hissəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsasən, inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. 262.2.3-cü maddəsinə görə, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Su təchizatı və tullantı suları haqqında” qanunun: 69-cu maddəsinin c bəndinə əsasən, qəsdən və ya ehtiyatsızlıq üzündən fəaliyyəti nəticəsində içməli su mənbəyi çirkləndirildikdə və ya onun çirklənmə təhlükəsi yarandıqda fiziki və hüquqi şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş protokolu iş materialları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, Şəxs qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində vəzifəli şəxs kimi inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, foto şəkillər və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən Tovuz rayonu Düz Qırıqlı kəndində mövcud olan avtoyuma məntəqəsində formalaşan tullantı sularının Düz Qırıqlı kəndində suvarılma məqsədilə istifadə olunan kənd daxili kanala axıdılması faktı aşkar edilmişdir. Həmçinin Şəxs adına aktiv VÖEN olmuşdur və məhkəmə araşdırması zamanı həmin VÖEN-in başqa sahə ilə bağlı açılmasını müəyyən etmək mümkün olmamışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi, qanun içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasını qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, Şəxs hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş fiziki şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasının həddi daxilində vəzifəli şəxs kimi cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-663/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-663/2025
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver