Məhkəmə qərarları › İş №3(062)-664/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-664/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-664/2024 05.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ Qovlar PB-nin sahə rəisi polis mayoru X3 Zərərçəkmiş şəxs X1 Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, deməsinə görə əlilliyi olmayan, deməsinə görə əvəllər məhkum olunmamış, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs- Haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Tovuz Rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən fərdi yaşayış evlərində X4 ilə mübahisə edib dalaşaraq ona fiziki ağrı yetirən xəsarətlər yetirməklə döymüşdür. 05 avqust 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı etiraf edərək göstərdi ki, anası evdə mübahisə yaradır. Tez-tez onu evdən çıxarmasını bildirir. Anası onun və ailəsinin həmin evdə yaşamasını istəmir. 25 iyun 2024-cü il tarixdə o çörək alaraq evə gəlmişdir. Həmin vaxt anası yenə evdə mübahisə yaratmışdır. O da çörəyi evə qoyaraq çıxıb getmişdir. Sonradan evə gələndə yenidən mübahisə yarandığını görmüş və o, anasının qolundan tutub sıxaraq itələmiş və evin pənəcrəsinin şüşəsini yumruqla vurmuşdur. Anasının qolundan sıxmasında niyyəti ona fiziki ağrı yetirmək olmamışdır. Buna baxmayaraq yenə də xəta etdiyini anlayır. Dediklərini nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında göstərdi ki, Bakı şəhərində yaşayır. Tovuz rayonu Dönük Qırıqlı kəndində olan ev də ona məxsusdur. Şəxs onun oğludur. Oğlu Abdulla uşaq vaxtından onun sözlərinə baxmamış və evdən çıxıb getmişdir. Abdulla 7-ci sinifdə oxuyanda evdən çıxıb getmişdir. 2017-ci ildə böyük oğlu Abdullaya həmin evdə yaşamağa icazə vermişdir. 2017-ci ildə Abdulla hər kəsi döyərək evdən qovmuşdur. Beləliklə, onlar arasında mübahisə daha da böyümüşdür. 25 iyun 2024-cü ildə Abdullaya evin pəncərələrini sökdüyü üçün irad bildirmiş, həyətin və evin zirzəmisinin pis vəziyyətdə olmasına görə özünü pis hiss etmişdir. Oğlu onu nalayiq ifadlərlə təhqir etmiş və onun sinə və boğaz nahiyəsindən tutaraq onu öldürəcəyini bildirmişdir. Həmçinin qolundan tutub sıxaraq ona fiziki ağrı yetirmişdir. Abdulla çörəyi onun başına vurmuşdur. Qoluna da xəsarət yetirmişdir. Hazırda Şəxslə barışmır, ondan şikayətçidir, lakin tutulmasını istəmir və qanuni tənbeh olunmasını məhkəmədən xahiş edir. İşə əlavə edilmiş 05 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 27 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 519 saylı rəyindən görünür ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər sağ bazu nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə hesab edir ki, Şəxs X2 fiziki ağrı yetirməsi Şəxs etirafedici izahatı, zərərçəkmiş şəxsin ifadəsi və işin materialları ilə sübut olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşiman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halı və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun inzibati qaydada cərimə olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar