Məhkəmə qərarları › İş №3(062)-664/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-664/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-664/2025 17.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1958-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, məhkumluğu olmayan, evli, Tovuz rayonu Əlimərdanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 22 radələrində özünə məxsus olan **-BN-*** dövlət qeydiyyat nişanlı VAZ 21060 minik markalı avtomobili idarə edən zaman Tovuz rayonu Bozalqanlı kəndi ərazisində yol nəqliyyat hadisəsi törətmiş at arabasını vurması nəticəsində heyvanın ölümü ilə əlaqədar maddi ziyan vurulması və Əli Məmmədov adlı şəxsin xəsarət alması ilə nəticələnmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati xətanı törətməkdə özün təqsirli bilməyərək məhkəmə iclasında göstərdi ki, barəsində olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan prokurorluğa şikayət edərək qərarın Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilməsinə dair qərarın ləğv edilməsinə dair şikayət vermişdir. İXM-nin tələbinə əsasən pozuntunun olması barədə məsuliyyətə cəlb olunması üçün araşdırma aparılmalı idi. Hadisə onun təqsiri üzündən baş vermişdir. Törədilmiş inzibati xətanı müstəntiq səlahiyyəti olmadığı halda onu təqsirli bilmişdir. Bununla bağlı Tovuz Rayon Prokurorluğuna müraciət etmişdir. Ona verilmiş məlumata əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv olunmuşdur. Odur ki, bu halın nəzərə alınmasını xahiş edir. İşdə olan Tovuz Rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati işin icraatı 19 sentyabr 2025-ci il tarixdə Tovuz RPŞ-nin 04 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından verdiyi ərizəyə Tovuz Rayon Prokurorluğunda baxılıb yekunlaşanadək dayandırılmışdır. İşə əlavə olunmuş məhkəmə sorğusu (xx.xx.2025-ci il tarixli) nəticəsində əldə olunmuş Tovuz Rayon Prokurorluğunun 20 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsinə dair qərardan görünür ki, Tovuz RPŞ-nin İstintaq bölməsində HK-1/1935 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 avqust 2025-ci il tarixli qərar ləğv edilərək araşdırmanın aparılması üçün Tovuz RPŞ-nin İstintaq bölməsinə qaytarılmışdır. Tovuz Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli qərarına əsasən iş üzrə icraat təzələnmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 avqust 2025-ci il tarixli qərar ləğv olunaraq əlavə araşdırma aparılması üçün yenidən Tovuz RPŞ-nin İstintaq bölməsinə qaytarılması hazırda əməldə inzibati xəta tərkibinin olması (əməldə cinayət tərkibinin olması və ya heç bir məsuliyyət müəyyən olunmaması, Şəxs hadisə ilə əlaqəsinə hüquqi qiymət verilməsi halı) müəyyən olunmadığı təqdirdə onun məsuliyyəti müəyyən edilə bilməz və əmələ hüquqi qiymət verilə bilməz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar