Məhkəmə qərarları › İş №3(062)-669/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-669/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-669/2024 14.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 01 avqust 1988-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzbati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2 (062)-2153/2019 saylı icra vərəqəsinə əsasən 29 avqust 2007-ci ildə anadan olmuş Amin, 17 avqust 2009-cu ildə anadan olmuş Aysun və 22 noyabr 2011-ci ildə anadan olmuş Adil adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 130 manat məbləğində alimentin alınaraq X2 verilməsi barədə icra vərəqəsi üzrə yaranmış borcunu tam ödəməmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2 (062)-2153/2019 saylı icra vərəqəsinə əsasən 29 avqust 2007-ci ildə anadan olmuş Amin, 17 avqust 2009-cu ildə anadan olmuş Aysun və 22 noyabr 2011-ci ildə anadan olmuş Adil adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs hər ay hər uşaq üçün 130 manat məbləğində alimentin alınaraq X2 verilməsi barədə icra vərəqəsini icra etməkdən üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Şəxs son aylar mütəmadi şəkildə ödəmə etsə də borcunu tam ödəməmişdir. Hazırda Şəxs borcu 12380 (on iki min üç yüz səksən) manat təşkil edir. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzbati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, iyunun 25-də inzibati qaydada həbs olunduğu tarixdən sonrakı müddət ərzində 600 manat ödəmə etmişdir. Barəsində protokol tərtib olunan gün 500 manat ödəmə etmişdir. Məhkəmədən möhlət istəyərək 2000 manat ödəmə etmək üçün vaxt verilməsini xahiş etmişdir. Hazırda da 2000 manat ödəmə etmişdir. Borcundan davamlı olaraq ödəmələr edir. Maddi imkanı olduqca borcundan daha çox ödəmələr edəcək. Hazırda işləyir və borcundan hər ay ödəmələr edir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzbati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında araşdırılmış və inzibati materiala əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, Şəxs inzibati qaydada həbs olunduğu tarixdən yəni 25 iyun 2024-cü il tarixdən sonrakı müddət ərzində borcundan ödəmələr etmiş, ilkin olaraq 600 manat, barəsində protokol tərtib olunmuş tarixdə yəni 07 avqust 2024-cü il tarixdə 500 manat ödəmə etmişdir. 07 avqust 2024-cü il tarixdə işə məhkəmədə baxılarkən borcundan bir həftə ərzində 2000 manat ödəmə edəcəyinə söz vermişdir. İşə məhkəmədə baxılan gün Şəxs borcundan 2000 manat ödəmə etmişdir. Hazırda işləməklə alimentlə yanaşı borcundan da ödəmə etməyə başlaması Şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmadığının göstəricisidir. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri, bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar