Məhkəmə qərarları › İş №3(062)-671/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-671/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-671/2023 09.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs X1 iştirakı ilə xx.xx.1978-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olmaqla yaşayan X1 Haqqında Azərbaycan Respublikası İXM-nin 329.1 və 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: X2 xx.xx.2023-cü il tarixdə özünə məxsus olan “Mercedes Benz C240” minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə yol polis əməkdaşları tərəfindən saxlanmış və saxlanılan zaman onun sərxoş vəziyyətdə bir il ərzində təkrar olaraq sərxoş halda avtomobil idarə etməsi məlum olmuşdur. Bu hərəkətləri ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş X2 məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Tovuz rayonunda yerləşən “Ocaq” adlı şadlıq evində toydan çıxan zaman içkili vəziyyətdə özünə məxsus olan Mercedes markalı **-BM-*** nömrə nişanlı avtomobili idarə edərək, Tovuz istiqamətində hərəkət etmişdir. Bakı-Qazax yolunda yol polisi əməkdaşları təhlükəsizlik kəmərindən istifadə etmədyi üçün onu saxlamış və nəticədə onun spirtli içki qəbul etdiyi bəlli olmuşdur. Həmin vaxt o sərxoş olduğu üçün barəsində protokol tərtib olunmuşdur. Törətdiyi hadisədən peşmandır. Barəsində tərtib olunmuş protokol ilə yüngül tənbeh olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, X1 inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə X1 barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, X2 Azərbaycan Respubılikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli İXM-nin 333.2-ci maddəsinin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 329.1-ci maddəsinə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Ona görə də məhkəmə inzibati materialı həmin maddə üzrə müzakirə etmir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar