Məhkəmə qərarları › İş №3(062)-674/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-674/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-674/2023 09.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1986-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1200 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 32 manat pulun alınıb X4 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 1200 manat pulun və dövlət rüsumu hesabına ödənilmiş 32 manat pulun alınıb X4 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. Şəxs borcundan heç bir ödəmə etməmişdir. Hazırda borcu 1232 manat təşkil edir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin qərarına əsasən ondan 1200 manat pulun alınaraq X4 verilməsi qət olunmuşdur. Bir neçə gün əvvəl borcundan ödəmə etmək üçün 200 manat götürərək Vahid Əsgərovun yanına getmişdir. Vahid Əsgərov borcun bu qaydada ödənilməsini qəbul etməyəcəyini bildirmişdir. Pulun ya kart ya da icra məmurunun iştirakı ilə verilməsini bildirmişdir. Hazırda icra məmuru tələbkardan kartın nömrəsini alaraq ona təqdim etmişdir. O isə bundan sonra borcunu həmin karta ödəməklə tamamilə bağalayacaqdır. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X5 məhkəmə iclasında bildirdi ki, Şəxs ödəmə etmək istəsə də onu əlbəəl etmək istəmişdir. O isə Vahid Əsgərova bildirmişdir ki, borcunu kart vasitəsilə və ya icra məmuru vasitəsilə ödəsin. Aralarında olan narazılıq buradan başlamışdır. Hazırda onun ödəmə etmək istədiyini nəzərə alınmasını xahiş edir. Ödəməni etməsə ondan şikayətçidir və məhkəmədən ədalətli qərar qəbul etməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, X2 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbədən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, borclunun borcundan ödəniş etmək niyyəti mövcuddur. Belə ki, həm Şəxs, həm də zərərçəkmiş Vahid Əsgərov izahatlarından borcun Şəxs tərəfindən ödənilmək istəyinin olması müəyyən olunmuşdur. Vahid Əsgərov aralarında ödəmənin rəsmi qaydada həyata keçirilməsini (kart vasitəsi ilə və ya icra məmurunun iştirakı ilə əlbəəl ödənilməsini) istəmişdir. Yəni tərəflər arasında hazırlıq borcun ödənilməsi barədə deyil, ödənilməsi qaydası barədədir. Buradan da görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar