Məhkəmə qərarları › İş №3(062)-678/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-678/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-678/2023 10.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxxxx 1986-cı ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli icra vərəqəsinə əsasən 13 iyul 2016-cı ildə anadan olmuş Yağmur və 02 yanvar 2018-ci ildə anadan olmuş Rasim adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 150 manat alimentin ondan alınaraq X2 verilməsi barədə icra vərəqəsinin icrasından üzrsüz səbəbdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli icra vərəqəsinə əsasən 13 iyul 2016-cı ildə anadan olmuş Yağmur və 02 yanvar 2018-ci ildə anadan olmuş Rasim adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 150 manat alimentin ondan alınaraq X2 verilməsi qət olunmuşdur. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcunu tam ödəməmişdir. Hər ay alimenti ödəməsinə baxmayaraq əvvəldən yığılıb qalmış 2720 manat borcunu ödəmir. Ona görə də onun barəsində inzibati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin qərarına əsasən ondan uşaqlarının saxlanması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 150 manat alimentin alınaraq Tamara Ələkbərovaya verilməsi qət olunmuşdur. Mütəmadi olaraq hər ay alimenti ödəyir. Yığılmış borc əvvəlki vaxtlardan yığılıb qalmış borc olmuşdur. Hazırda da borcundan 200 manat ödəniş edir. Belə ki, həmin vaxt maddi imkanı olmadığı üçün alimenti ödəyə bilmədiyi üçün borc yığılmışdır. Bundan sonra hər ay alimenti ödəməklə yanaşı yığılmış borcundan da ödəniş edəcəkdir. Odur ki, barəsində olan inzibati xəta haqda iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, Şəxs borcundan bu gün 200 manat ödəmə etmişdir. Şəxs hər dəfə alimenti icra məmuruna şikayət etdikdən sonra ödəyir. Alimentdən qalan borcun da tezliklə ödənilməsini tələb edir. İstəyir ki, pulun hamısını ödəsin. Odur ki, məhkəmədən Şəxs ödəmə etməsini nəzərə alaraq onun barəsində olan inzibati işə xitam verilməsini istəyir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin, zərərçəkmiş şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. İşə əlavə edilmiş zərərçəkmiş şəxs tərəfindən tərtib olunmuş qəbzdən görünür ki, Şəxs 10 avqust 2023-cü il tarixdə 200 (iki yüz) manat X2 ödəmə etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, borclu hər ay mütəmadi olaraq aliment borcundan ödənişlər də etmişdir. Şəxs bu gün də borcundan 200 manat ödəmişdir. Qalıq borcundan da tezliklə ödəmə etməyini bildirməsi fikrindən də görünür ki, Şəxs qətnamənin icrasından qərəzli şəkildə boyun qaçırmır. Bu hal onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 57, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün ərzində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar