Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-68/2023 23.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hünmətov Zaur Adii oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tovuz Rayon icra və Probasiya Şöbəsinin icra məmuru X2nun iştirakları ilə Şəxs - xx.xx.1971-ci ildə Tovuz rayonu Dondar Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, öz deməsinə görə əvvəllər məhkum olunmamış və əlilliyi olmayan, Tovuz rayonu Dondar Quşçu kəndində qeydiyyatda olan və yaşayan barəsində Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, inzibati protokol tərtib edilmiş və məhkəməyə verilmişdir ona görə ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(062)-665/2022 nömrəli icra sənədinə əsasən, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən X1 məxsus olan 0,25 ha həyətyanı torpaq sahəsi ilə Şəxs sahibliyində olan həyətyanı torpaq sahəsinin ara sərhəddində olan su arxının istiqaməti cavabdehin hesabına dəyişdirilməsi və su boru ilə aparılması qət olunmuş, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun tələblərini yerinə yetirməmiş və məhkəmə qətnaməsinin icrasından müxtəlif yollarla boyun qaçırmışdır. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(062)-665/2022 nömrəli icra sənədinə əsasən, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən X1 məxsus olan 0,25 ha həətyanı torpaq sahəsi ilə Şəxs sahibliyində olan həyətyanı torpaq sahəsinin ara sərhəddində olan su arxının istiqaməti cavabdehin hesabına dəyişdirilməsi və su boru ilə aparılması qət olunmuşdur. Həmin icra sənədi üzrə 20 iyul 2022-ci il tarixli icraata başlanılması haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu Şəxs Tovuz Rayon Məhkəməsinin icra sənədinin icrasından müxtəlif yollarla boyun qaçıraraq qətnaməni icra etməmişdir. Ona görə də iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 19 aprel 2022-ci i! tarixli 2(062)-665/2022 nömrəli icra sənədinə əsasən, Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən X1 məxsus olan 0,25 ha həyətyanı torpaq sahəsi ilə onun sahibliyində olan həyətyanı torpaq sahəsinin ara sərhəddində olan su arxının istiqaməti onun hesabına dəyişdirilməsi və su boru ilə aparılması qət olunmuşdur. O, icra vərəqəsinin icrasından boyun qaçırmamışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd olunmuş su arxının istiqaməti onun hesabına dəyişdirilmişdir, Hətta tələbkarla olan sərhəd hissəyə dəmir tor da çəkilmişdir.Beləliklə qətnqamə icra edilmişdir. Ona görə də barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X3 izahatında göstərdi ki, dəmir tor sənəd üzrə sərhəddən deyil, başqa yerdən çəkilməlidir. Eyni zamanda su arxı borclu ilə onun evinin divarlarının ortasından deyil, başqa yerdən çəkilİməlidir.Odur ki, borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, barəsində iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi göstərilmişdir. Məhkəmə tərəfindən icra məmurunun iştirakı ilə mübahisəli əraziyə baxış keçirilmiş r və inüəyyən edilmişdir ki, qonşular arasındakı bitişik torpaq sahəsinə dəmir tor çəkilmişdir. Tələbkar isə iddia edir ki, dəmir tor başqa yerdən, iddiaçının özünə aid torpaq sahəsindən çəkilməlidir. Beləliklə müəyyən edilmişdir ki, tələbkarla iddiaçının torpaq sahəsinin ölçüləri ilə bağlı mübahisə vardır. Belə ki, tələbkar iddia edir ki, faktiki olaraq dəmir torun çəkildiyi hissə borcluya məxsus deyildir. Hətta dəmir torun qırılmış hissəsi borclu tərəfindən yerində düzəldirlərkən tələbkar buna etiraz edərək imkan verməmişdir. Bunu yuxanda qeyd edildiyi kimi torun özünə aid hissədən çəkilməli olması ilə əlaqələndirmişdir. Məhkəmə su arxının istiqamətinin dəyişdirilməsi ilə bağlı onu qeyd edir ki, göründüyü kimi icra sənədi su arxının istiqamətinin dəyişdirilməsi ilə bağlıdır. Su arxı isə tərəflərə məxsus olan iki tikilinin arxasından keçməklə betondan işlənilmişdir. Məhkəmə tərəfindən arxın yoldakı hissəsinə baxış keçirilərkən o da müəyyən edilmişdir ki, hətta digər qonşular da sudan başqa-başqa beton arx vasitəsilə istifadə edirlər. Borclu arxın istiqamətini başqa yerdən aparmaq üçün şərait olmadığını bildirmişdir.Məhkəmə qeyd edir ki, icra sənədi arxın sökülməsindən ibarət olmayaraq istiqamətinin dəyişdirilməsindən ibarət olduğundan beton arx sökülmədən onun istiqamətinin dəyişdirilməsi də mümkün görünmür. Göründüyü kimi icra sənədi arxın yerinin deyil, istiqamətinin dəyişdirilməsindən ibarətdir. Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi hərəkətlərinə yol verməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0, 53.0.2 və 114.1.4-cü maddələrinin tələbinə görə, əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 53,114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-68/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-68/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver