Məhkəmə qərarları › İş №3(062)-682/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-682/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-682/2025 26.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Azərbaycan Respublikası Qida X2-X8 inzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi X6 iştirakı ilə, Azərbaycan Respublikası Qida X2-X14 tərəfindən tərtib olunmuş 02 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Qida X2-X14 tərəfindən tərtib olunmuş 02 sentyabr 2025-ci il tarixli MN ******* saylı qərarı əsasında 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. X1 Azərbaycan Respublikası Qida X2-X14 tərəfindən tərtib olunmuş 02 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında haqqında qərarının ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 əvvəlki məhkəmə iclasında şikayətini müdafiə edərək məhkəmə iclasında göstərdi ki, 02 sentyabr 2025-ci il tarixdə X3 rəisi X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi qeyd edilmişdir. Həmin inzibati xətanın törədilməsinə görə onun barəsində qərar tərtib edilmişdir. Həmin xəta ilə bağlı özünü təqsirli bilmir. Belə ki, onun işlətdiyi iaşə yerində ət kəsim məntəqəsi yoxdur və onlar ancaq əti bazardan alaraq istehlakçıya təqdim edir. Ətin üzərində olan möhür isə ət bişirilməyə hazırlanan zaman təmizlənir. Onlar heyvanı hazır ət şklində həmişə alırlar. Odur ki, həmin qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Qida X2-X8 nümayəndəsi inzibati işlər və təsərrüfat sektorunun məsləhətçisi X13 məhkəmə iclasında göstərdi ki, ərizədə göstərilən xüsusatlar reallığı əks etdirmir. Yoxlamalar zamanı aşkar olunmuşdur ki, X9 qanunvericliyin tələbinə uyğun olmayan şəkildə kəsilmiş ətdən istifadə edir və onu istehlakçıya təqdim edir. Yoxlama polisin iştirakı ilə aparılmış, X5 barəsində protokol tərtib edilmiş və qərar qəbul edilməsi üçün göndərilmişdir. Belə ki, yoxlama zamanı müəyyən edilmişdir ki, ət kəsim məntəqəsindən kənarda kəsilmiş heyvan əti istehlakçıya təqdim edilir. Ondan ətin kəsilmə yerini və mənbəsini soruşduqda Rütəm Tağıyev cavab verməmişdir. Hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Odur ki, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İşə əlavə edilmiş 02 sentyabr 2025-ci il tarixli MN ******* saylı qərardan görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş Tovuz Rayon Polis Şöbəsi sahə rəisi polis kapitanı X10 tərəfindən tərtib olunmuş 21 iyul 2024-cü il tarixli MN №1877426 saylı protokoldan görünür ki, X11 21 iyul 2024-cü il tarixində Tovuz rayonu Böyük Qışlaq kənd ərazisində baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsmişdir. Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, X5 verdiyi şikayət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X9 iaşə xidməti göstərərək əti bişirməklə istehlakçıya təqdim edir. Ət gündəlik olaraq bazardan alınmaqla istehlakçıya bişirilərək təqdim olunur. Ətin üzərində möhürün olmaması yoxlama zamanı mümkün bir haldır. Ət istehlakçıya təqdim edilməzdən əvvəl onun təmizlənməsi və bişirilməsi halında möhür itir. Həmçinin materialları tədqiq edən məhkəmə burada qeyd edilən qanun pozuntusunun olmasını hesab etmir. Heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışı və istehsalı halı müəyyən olunan zaman onun müvafiq görüntüləri, ətin Rütəm Tağıyev tərəfindən həmin ərazidə kəsilərək (ekspertizası aparılmadan) satışının təşkil edən hal dəqiq müəyyən edilməlidir. Ətin alınaraq gətirilməsi və alınan ətdə həmin hissədə möhürün olmaması hələ pozuntunun olması deyil. Ətin hər yeri möhürlənməyə də bilər və möhürlənmir də. Bu hal ağlabatan deyil və mövcud şübhələr qanunverciliyin prinsip və tələbinə əsasən X5 xeyrinə həll edilir. Məhkəmə bu nəticəyə gələrkən öz daxili inamını və Azərbaycan Respublikası İXM-nin prinsiplərini rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzbati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 02 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 tərəfindən verilmiş şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X2-X14 tərəfindən qəbul edilmiş 02 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və barəsində inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar