Məhkəmə qərarları › İş №3(062)-685/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-685/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-685/2024 14.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Əliyev Fərid Nadir oğlu, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax-Tovuz regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1612902 saylı qərarından "xxxx" ASC-nin direktoru X1 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax-Tovuz regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1612902 saylı qərarından "xxxx" ASC-nin direktoru X1 şikayət verərək, baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə ilk növbədə diqqətə çatdırır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə2008-ci il 14 fevral tarixli vəSutyajnik Rusiyaya qarşı iş üzrə2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermiş "xxxx" ASC Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatdadır. İnzibati xəta haqqında qərarlardan şikayət və ya protest verilməsi qaydalarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində təsbit edilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göstərilən xüsusatlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, şikayət aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsində qeyd olunmuşdur ki, şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 106 və 109.1.7-cı maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Zəyəm Texnologiyalar Parkı” ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti Qazax-Tovuz regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1612902 saylı qərarından "xxxx" ASC-nin direktoru X1 tərəfindən verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar