Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-687/2023 28.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Tovuz rayonu Ağdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Tovuz rayonu Ağdam kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, əlilliyi olmayan, əvvəllər inzibati xətaya məruz qalmamış, məhkumluğu olmayan, Tovuz rayonu Ağdam kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Tovuz rayonu Ağdam bələdiyyəsinin 07 iyul 2023-cü il tarixli 10 saylı iclas protokolunun inzibati nəzarət üçün Şəmkir Regional Ədliyyə İdarəsinə vaxtında təqdim etməmişdir. Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən 03 avqust 2022-ci il tarixdə MN №1531623 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu Ağdam bələdiyyəsinin sədri vəzifəsində işləyir. Səhhətində yaranan problem səbəbindən 07 iyul 2023-cü il tarixli 10 saylı protokolu qanunvericiliyin tələblərinə zidd olaraq vaxtında Şəmkir Regional Ədliyyə İdarəsinə təqdim olunmamışdır. İclas protokolunun gecikməsinin səbəbi səhhətində yaranan problemlərlə bağlı olmuşdur. Gələcəkdə bələ hallara yol verməcəkdir.Əməlindən səmimi peşmandır. Odur ki, məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzbati məsuliyyətə cəlb olunurlar. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası daxilində inzibati qaydada tənbeh olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs şəxsiyyətini, yuxarıda qeyd olunan məsuliyyətini yüngülləşdirən halı və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq onun İXM-nin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada cərimə olunmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(062)-687/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-687/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver