Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-689/2024 04.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Qərar qəbul etmiş Azərbaycan Respublikasının Qida X1-X9 nümayəndəsi X7 iştirakı ilə, Azərbaycan Respublikasının Qida X1-X9 rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN1611417 saylı qərardan barəsində tənbeh tətbiq edilmiş şəxs X6 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Qida X1-X9 rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN1611417 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida X1-X12 tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli qərar ilə cərimə edilmişdir. Həmin qərar ilə razı deyildir. Çünki inzibati xəta onun tərəfindən törədilməmişdir. İnzibati orqanın əməkdaşları şikayət üzrə yoxlama apardıqlarını bildirsələr də, belə bir şikayət yoxdur. Ona görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida X1-X9 nümayəndəsi X10 şikayətin dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, fiziki şəxs tərəfindən daxil olmuş müraciət üzrə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli çıxarış əsasında X4 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndindəki «Aura» adlı marketdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi plandankənar yoxlama aparılması qərara alınmışdır. Yoxlamanın predmetinə qida və yem məhsullarının qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun qablaşdırılması və markalanması, qida və yem məhsullarının saxlanması və daşınmasının qida təhlükəsizliyi sahəsində müəyyən olunan tələblərə uyğun həyata keçirilməsi, habelə saxlama müddəti (yararlılıq müddəti) ötmüş məhsulların satılmasının həyata keçirilməsi ilə bağlı məsələlər aid edilmişdir. Yoxlama zamanı isə adlarını sadaladığı tələblərə mağazada riayət edilməməsi aşkar edilmişdir. Hansı ki, bununla «Qida təhlükəsizliyi haqqında», «İstehlakçıların hüquqlarının müdafiəsi» haqqında Qanunların, «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları» və «Qida məhsulları üzrə gigiyena tələblərinə dair» Qaydalarının tələbləri pozulmuşdur. Bu barədə müvafiq akt tərtib edilmiş və yoxlamanın nəticələri əsasında sahibkar cərimə edilmişdir. Eyni zamanda ona barəsində olan inzibati xətaya baxılmanın vaxtı və yeri barədə lazımi məlumat verilsə də, sahibkar özü iştirak etməmişdir. Hesab edir ki, qərar qanuni və əsaslıdır. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Qərardan şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə işə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Qida X1-X9 rəisi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli qərardan görünür ki, X4 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən «Aura» marketdə plandan kənar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən «Aura» marketdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi plandankənar yoxlama aparılması əks edilmişdir. Qida obyektinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X4 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən «Aura» marketdə aşkar edilmiş nöqsanlar – qida və yem məhsullarının saxlanması və daşınmasının qida təhlükəsizliyi sahəsində müəyyən olunan tələblərin pozulması, habelə, saxlama müddəti (yararlılıq müddəti) ötmüş məhsulların satılması və.s. ibarətdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğdə cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçısını dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Belə ki, «İstehlakçıların hüquqlarının müdafiəsi» haqqında Qanunun 6-cı maddəsinin 2-ci bəndinə görə tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən qida məhsullarının, dərmanların, ətriyyatkosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir. Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 94 saylı Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları»nın 4.6-cı bəndinə əsasən saxlanma (qida məhsullarının yararlılıq) müddəti göstərilməmiş, yararlılıq müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən malların satışı qadağandır. Həmin Qaydaların 4.7-ci bəndinə görə malların anbarlarda saxlanılması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində yerləşdirilməsi tələblərinə və satışı zamanı mal qonşuluğu prinsiplərinə, sanitariya və yanğından mühafizə qaydalarına ciddi riayət edilməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən mallar satışda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar mal sahibi (satıcı) tərəfindən satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmalıdır. Yararlılıq müddəti ötmüş mallar mal sahibi (satıcı) tərəfindən xüsusi vasitələrin köməyi ilə istifadə üçün tam yararsız vəziyyətə gətirilməlidir. «Qida təhlükəsizliyi haqqında» Qanunun 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan qida obyektləri (subyektləri) və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrində qeyd olunmuşdur ki, Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İş materialları ilə müəyyən edilmişdir ki, X4 məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndindəki «Aura» marketdə Azərbaycan Respublikasının Qida X1-X9 əməkdaşları tərəfindən yoxlama aparılan zaman aşkar edilmişdir ki, marketdə saxlama müddəti ötmüş məhsulların satılması kimi hallar mövcuddur. Məhz bu əsasa görə inzibati xəta haqqında protokol tərtib edilmiş və müvafiq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, yəni - saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə sadalanan hüquq normalarını işin halları əsasında hüquqi qiymətləndirərək hesab edir ki, qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. Şikayətin dəlilləri heç bir sübuta söykənməyən əsassız mülahizələrdir. İnzibati orqanın gördüyü tədbirlər qanun daxilində edilən və hüquqi əsaslara söykənən qanundan doğan tələblərdir. Hansı ki, sahibkar olaraq Mirəli Məsimov tərəfində bu nöqsanlar həqiqətən edilmişdir. İşin qeyd olunan halı qərar qəbul etmiş orqanın təqdim etdiyi mötəbər sübutlar ilə təsdiqin tapır. Məhkəmə hesab edir ki, Mirəli Məsimovun inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli və Azərbaycan Respublikasının Qida X1-X9 rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, MN1611417 saylı qərar dəyişdirilmədən saxlanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida X1-X9 rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN1611417 saylı qərar dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(062)-689/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-689/2024
04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver