Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-690/2024 27.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə xx.xx.1973-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Haqqında Azərbaycan Respublikası İXM-nin 333-1.1 və 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Sürücü Şəxs 08 avqust 2024-cü il tarixdə saat 16:30 radələrində idarə etdiyi “Ford Transit minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz şəhəri Heydər Əliyev prospektində idarə edən zaman yəni hərəkətdə olarkən mobil telefondan əldə tutmaqla istifadə etmiş və narko test vasitəsilə yoxlanma zamanı onun nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında inzibati xətanı etiraf edərək izahatında bildirdi ki, 08 avqust 2024-cü il tarixdə saat 16:30 radələrində özünə məxsus Ford Transit minik markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib rayon mərkəzinə gedərkən Tovuz şəhəri Heydər Əliyev prospektində mobil telefondan istifadə edən zaman polis əməkdaşı tərəfindən saxlanılmışdır. Sonradan polis onun narkotikin təsiri altında avtomobili idarə etməsi ilə bağlı onu narko testdən keçməsi üçün polis şöbəsinə dəvət etmişlər. Törətdiyi əməldən peşmandır. Söz verir ki, bir də narkotik vasitə istifadə edib avtomobil idarə etməyəcəkdir. Odur ki, barəsində yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi, onun etirafedici izahatı, inzibati xəta haqqında protokolla və həmin protokola əlavə edilmiş yol nəqliyyat hadisəsi üzrə toplanmış material sənədləri ilə tam təsdiq olunur və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, əmlak vəziyyətini, xətanın xarakterini, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmadığını, onun səmimi peşmançılığını isə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati tənbeh növü kimi cərimə tətbiq edilməsi barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir və bu nəticəyə gələrkən inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs həmçinin İXM-nin 342.6-cı maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən 342.6-cı maddəsi ilə işlərə baxılması məhkəmənin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikası İXM-nin 114.3-cü maddəsinə əsasən həmin maddəyə müvafiq qiymət verilməsi üçün səlahiyyətli orqanın nəzərinə çatdırılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 31,40, 43, 48, 84, 112, 114-117-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-690/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-690/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver