Məhkəmə qərarları › İş №3(062)-698/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-698/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-698/2025 18.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, protokol tərtib etmiş Tovuz rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Tovuz rayon vəkil bürosunun vəkili X8, zərəçəkmiş şəxsin qanuni nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, öz deməsinə görə əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs (FİN xxxxxxx) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Tovuz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tovuz rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokolda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Şəxs X5 döyərək ona fiziki ağrı yetirmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Tovuz Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X12 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Tovuz rayonu H.Aslanov küçəsində baş vermiş münaqişə zamanı Şəxs X1 azyaşlı övladı X3 qolundan tutaraq ona fiziki ağrı yetirmişdir. Bununla bağlı Tovuz Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmışdır. Materialların içinə ekspertin rəyi də əlavə olunmuşdur. Qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyi sübuta yetirilmişdir, onun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş döymə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında zərəçəkmiş yetkinlik yaşına çatmayan X3 qanuni nümayəndəsi X6 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə onunla aralarında baş vermiş münaqişə zamanı orada olan azyaşlı övladı X3 qoluna xəsarət yetirmiş, ona ağrı hiss etdirmişdir. Qızı qüsurlu olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və bildirmişdir ki, yetkinlik yaşına çatmayan X10 və qanuni nümayəndəsi X2 tanımır. xx.xx.2025-ci il tarixdə X13 və X6 ilə Tovuz rayonu H.Aslanov küçəsində baş vermiş mübahisə zamanı azyaşlı orada olsa da ona toxunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, X6 ilə rəfiqədir. Tamilənin övladı X10 xəstə uşaqdır və xüsusi diqqətə ehtiyacı olduğu üçün daim anasının yanında olur. xx.xx.2025-ci il tarixdə Tovuz rayonu H.Aslanov küçəsində baş vermiş münaqişə zamanı Sevinc uşağın qolundan möhkəm tutaraq dartışdırmış, dırnaqları ilə uşağın qolunu zədələmişdir. Sonra polis şöbəsinə gedərək orada şikayət ərizəsi yazmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Şəxs onun baldızı qızıdır. xx.xx.2025-ci il tarixdə evdə olarkən mübahisə səsi gəldiyini eşidib pəncərədən baxdıqda baldızının iki qızla mübahisə etdiyini görmüşdür. Bu mübahisədən sonra baldızı özünü pis hiss etməyə başlamışdır. Sevinc buna görə əsəbiləşmişdir. Bir qədər sonra “bravo” marketin yaxınlığında həmin qızları, yəni X13 və X2 görüşmüşlər. Bu zaman Tamilənin yanında azyaşlı qızı da olmuşdur. Orada tərəflər arasında mübahisə başlamışdır. Həmin mübahisə zamanı kiminsə balaca qızı vurduğunu görməmişdir. Ola bilər ki, dava olan zaman kimsə uşağın qolundan tutub kənara çəksin, lakin kim olduğunu bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs və X13 barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surətinin Tovuz RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Tovuz rayon şöbəsinin tibb eksperti N. Abbasovun xx.xx.2025-ci il tarixli 581 saylı rəyində X3 bədən səthində aşkar edilmiş xəsarətin sol bazu nahiyəsinin sıyrıqlı qançırı, sağ bazu və sağ said nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 2-3 gün qədər əvvəl xx.xx.2025-ci il tarixdə əmələ gəlməsi istisna edilmədiyi göstərilmiş, sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən xəsarət kimi qiymətləndirilmişdir. Həmçinin rəydə xəsarətin müxtəlif şəraitlərdə G.S.Əmiraslanlının yıxılmasıvə s həm də insan bədənibnin hissələrinin əl, ayaq və s.) təsiri nəticəsində əmələ gəlməsinin istisna edilmədiyi göstərilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Tovuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Eldar Həsənov tərəfindən Şəxs müraciəti əsasında toplanmış material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan Şəxs tərəfindən verilmiş şikayətə Tovuz Rayon Məhkəməsində baxılmış, Tovuz Rayon Məhkəməsinin 6(062)-17/2025 nömrəli xx.xx.2025ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 6(104)- 43/2025 nömrəli qərarı ilə Tovuz Rayon Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, habelə zərərçəkmiş şəxsi və şahidləri dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati xəta anlayışından bəhs edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində təsbit edilmişdir ki, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin izahatı, ekspert rəyi eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, şəxsə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar