Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-7/2025 08.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əlilliyi olmayan, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu Bozalqanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 2(062)-589/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 22 fevral 2016-cı ildə anadan olmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 130 manat alimentin Şəxs alınaraq X1 verilməsi qət edilməsinə baxmayaraq, Şəxs icra sənədi üzrə borcunu icra məmurunun müəyyən etdiyi müddətdə yerinə yetirməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında iştirak edərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 589/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 22 fevral 2016-cı ildə anadan olmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 130 manat alimentin Şəxs alınaraq, X1 verilməsi qət olunmuşdur. Şəxs barəsində əvvəllər yəni 09 avqust 2024-cü il tarixdə protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Həmin vaxat borc 707 manat təşkil etmişdir. Ona görə də onun barəsində inzbati protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Hazırda ödəmələr etdiyi qəbzlər məhkəməyə təqdim olunmuşdur. Hesablama aparılmış və Şəxs borcu 457 manat olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqda iş üzrə material olan Şəxs ona istinad edilən xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hər ay ödəmə edir. Borcu hazırda 450 manat civarındadır. Dəqiq hesablamasa da hər ay ödəmə edir. Hər ay məhkəmə tərəfindən müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentdən artıq miqdarda ödəmə edir. Lakin pulu ödədikdən sonra icra məmuruna təqdim etməmişdir. Belə ki, hər ay azı 170 manat olmaqla ödəmə etmişdir. Məhkəməyə söz verdiyi müddət ərzindən sonra ödəmə etmiş, məhkəməyə isə gəlmək lazım olduğunu bilməmişdir. Ona görə də məhkəmə iclasında iştirak etməmişdir. Lakin hər ay alimenti aylıq ödəmişdir. Ödəmə edərək aliment borcunu tam bağlamağa maddi imkanı yoxdur. İşləyə bilmədiyi üçün aliment borcunu ödəyə bilməmişdir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. İşə əlavə olunmuş 19 avqust 2024-cü il tarixli 3(062)-678/2024 saylı qərardadın surətindən görünür ki, Şəxs barəsində 09 avqust 2024-cü il tarixdə inzibati qaydada protokol tərtib edilmiş, Şəxs 19 avqust 2024-cü il tarixə kimi vaxt verilməsini xahiş etmişdir. Məhkəmə 19 avqust 2024-cü il tarixə kimi Şəxs vaxt verməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. İşə baxılmasının təmin edilməsi üçün Şəxs barəsində məcburi qaydada məhkəməyə gətirilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasы İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, inzibati materiala əlavə olunmuş sənədlərlə də müəyyən olunur ki, Şəxs aliment borcundan əvvəllər ödəmələr etmişdir. Bundan başqa Şəxs məhkəmə tərəfindən borcun ödənilməsi üçün vaxt verilərkən ödəmələr etmişdir. Nəticədə aliment borcu hazırda 457 manat təşkil edir. Əliyevin ödəmə etməsi və yaxın müddət ərzində borcunu tamamilə ödəmək istəyi onu deməyə əsas verir ki, onun əməlində inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarılır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədinin üzrsüz səbəbdən icra etməmə əlamətləri müəyyən edilmədiyindən onun əməlində inzibati xəta tərkibi yoxdur və о Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilə bilməz, odur ki, onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müdddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-7/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-7/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver