Məhkəmə qərarları › İş №3(062)-700/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-700/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-700/2024 27.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ E-Patrol tərəfindən qeydə alınmış 14 fevral 2024-cü il tarixli EQ 19457289 saylı, 08 mart 2024-cü il tarixli EQ 19837882 saylı, 02 may 2024-cü il tarixli EQ 20899297 saylı və 17 iyun 2024-cü il tarixli EQ 21833627 saylı inzibati xəta haqqında elektron qərarlarından şikayətinə Tovuz şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ E-Patrol tərəfindən qeydə alınmış 14 fevral 2024-cü il tarixli EQ 19457289 saylı, 08 mart 2024-cü il tarixli EQ 19837882 saylı, 02 may 2024-cü il tarixli EQ 20899297 saylı və 17 iyun 2024-cü il tarixli EQ 21833627 saylı inzibati xəta haqqında elektron inzibati tənbeh vermə haqqında qərarlarına əsasən Azərbaycan Respublikası İXM-nin 339-1.1-ci maddəsi ilə inzbati xəta törətdiyinə görə hər inzibati tənbeh vermə haqqında qərara görə ayrılıqda 50 manat cərimə olunmuşdur. X2 27 avqust 2024-cü ildə işə baxılarkən məhkəməyə ərizə tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ E-Patrol tərəfindən qeydə alınmış 14 fevral 2024-cü il tarixli EQ 19457289 saylı, 02 may 2024-cü il tarixli EQ 20899297 saylı və 17 iyun 2024-cü il tarixli EQ 21833627 saylı inzbati xəta haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X5 şikayətini müdafiə edərək göstərdi ki, onun barəsində DİN-in mərkəzi informasiya sistemi tərəfindən 14 fevral 2024cü il tarixli EQ 19457289 saylı, 02 may 2024-cü il tarixli EQ 20899297 saylı və 17 iyun 2024-cü il tarixli EQ 21833627 saylı inzibati xəta haqqında elektron qərarlar çıxarılmış və ümumilikdə 150 manat məbləğində cərimə olunmuşdur. Barəsində tərtib olunmuş inzibati protokollar İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə 50 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Onun mülkiyyətində olan “Toyota RAV42 markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomaşın mühərrikində yaranmış nasazlıq səbəbindən 25 yanvar 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək istifadə edilməmişdir. Ona görə də verdiyi Odur ki, barəsində olan 14 fevral 2024-cü il tarixli EQ 19457289 saylı, 02 may 2024-cü il tarixli EQ 20899297 saylı və 17 iyun 2024-cü il tarixli EQ 21833627 saylı inzbati xəta haqqında qərarın ləğv olunması və işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan 14 fevral 2024-cü il tarixli EQ 19457289 saylı, 02 may 2024cü il tarixli EQ 20899297 saylı və 17 iyun 2024-cü il tarixli EQ 21833627 saylı elektron qərarların surətindən görünür ki, X5 barəsində İXM-nin 339-1.1-ci maddəsinin tələblərinin pozulması qeyd olunmuş və X5 hər qərara görə ayrılıqda 50 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, **-SK-*** dövlət qeydiyyat nişanlı Toyota RAV4 minik markalı avtomobil Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 439-cu kilometrliyində olmuş və həmin yerdə (avtomobilin fotoşəklinin çəkildiyi ərazi eynilik təşkil edir) avtomobil texniki baxışdan keçirilmədiyi üçün inzbati tənbeh vermə haqqında elektron qərar tərtib olunmuşdur. İşə əlavə edilmiş 05 avqust 2024-cü il tarixli X4 məxsus olan (VÖEN **********) avtoservisdən verilmiş arayışdan görünür ki, , **-SK-*** dövlət qeydiyyat nişanlı Toyota RAV4 minik markalı avtomobil 25 yanvar 2024-cü il tarixdən 20 iyul 2024-cü il tarixədək mühərrikində yaranmış nasazlıq səbəbindən Tovuz şəhəri M.Musayev küçəsində yerləşən avtotəmir sexinin qarşısında olan səkinin üzərində olmuşdur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 339-1.1-ci maddəsi ilə olan inzibati xəta haqda 14 fevral 2024-cü il tarixli EQ 19457289 saylı, 02 may 2024-cü il tarixli EQ 20899297 saylı və 17 iyun 2024-cü il tarixli EQ 21833627 saylı qərarlar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 339-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyət müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 339-1.1-ci maddəsi ilə məsuliyyət müəyyən olunması əsassızdır. Belə ki, Asim Əliyevin mülkiyyətində olan **-SK-*** dövlət qeydiyyat nişanlı Toyota RAV4 minik markalı avtomobil mührərrikində yaranmış nasazlıq səbəbindən idarə edilə bilməmiş və o təmir sexinin qarşısında hərəkətsiz vəziyyətdə saxlanmışdır. Bu hal 05 avqust 2024-cü il tarixli X4 məxsus olan (VÖEN **********) avtoservisdən verilmiş arayışla təsdiqini tapır. Bundan başqa mövcud halı avtomobilin fotoşəkli çəkilərkən şəklin çəkildiyi koordinatla da (Bakı- Ələt-Qazax-Gürcüstan yolunun 439-cu kilometrliyi) təsdiqini tapır. İXM-nin 339- 1.1-ci maddəsi isə inzibati məsuliyyətin yaranması üçün “avtomobilin idarə edilməsini” şərtinin olmasını labüd edir. Qeyd edilən pozuntularda isə avtomobilin idarə edilməsi faktı aşkar edilmir. Əksinə avtomobilin hərəkətsiz vəziyyətdə yolun kənarında saxlanılması öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzbati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 14 fevral 2024-cü il tarixli EQ 19457289 saylı, 02 may 2024-cü il tarixli EQ 20899297 saylı və 17 iyun 2024-cü il tarixli EQ 21833627 saylı inzibati tənbeh vermə haqqında elektron qərarları ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 339-1.1-ci maddəsi ilə təqsirli bilinib hər birinə görə ayrılıqda 50 (əlli) manat cərimə edilməsinə dair 14 fevral 2024-cü il tarixli EQ 19457289 saylı, 02 may 2024-cü il tarixli EQ 20899297 saylı və 17 iyun 2024-cü il tarixli EQ 21833627 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilsin və barəsində başlanmış göstərilən hər bir inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar