Məhkəmə qərarları › İş №3(062)-703/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-703/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-703/2025 19.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Protokolu tərtib etmiş Tovuz RPŞ-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1987-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Nort vest konstrakşn MMC-də dəmirçi vəzifəsində işləyən, evli, əvvəllər inzibati xətaya məruz qalmamış, deməsinə görə əvvəllər məhkum olunmamış, İİ qrup əlilliyi olan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, Şəxs - Barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tovuz Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1 və 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, 04 sentyabr 2025-ci ildə arvadı X3 döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş və onun istifadəsində olan 01 ədəd Samsung A 52 markalı mobil telefonu vuraraq ekranını və şirniyyat evində mebeli sındırmaqla ona 1000 (min) manat məbləğində maddi ziyan vurmuşdur. 19 sentyabr 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddəsi ilə inzbati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan Şəxs törətmiş olduğu xətanı etiraf edərək göstərdi ki, 04 sentyabr 2025-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən Sevgim adlı kafedə işləyən həyat yoldaşı Ayşən Səfərovanın yanına getmişdir ki, bu kafedə işləmə ayıbdır. Bu zaman Ayşən onunla mübahisə etmiş və öz telefonunu onun üzərinə atmış, telefon yerə dəyib sınmışdır. Onun avtomobilinin kapot hissəsinə bıçaqla zərbələr endirmişdir. Bu zaman onun saçından tutaraq bıçağı almaq istədikdə onun üzərinə gələrək vurmaq istəmişdir. Orada olan digər şəxslər ona bədbəxt hadisə baş verməsin deyə oradan ayrılmasını istəmişlər. O isə həyat yoldaşı onu şərləməsin deyə 102 xidmətinə məlumat vermişdir. Törətdiyi əməldən peşmandır. Hazırda zərəçəkmiş şəxslə barışmaq istəsə də o bunu istəmir. Dediklərini nəzərə alıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X5 məhkəmə iclasında göstərdi ki, Şəxs 01 sentyabr 2025-ci il tarixdə Tovuz şəhəri H.Aslnaov küçəsində yerləşən “Bravo” marketə gələrək onu döymüş və təhqir etmişdir. Daha sonra 04 sentyabr 2025-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən “Sevgim” şirniyyat evinə gedərək kassadan 400 manat məbləğində pulu götürmüş və yenə də onu döymüş, ona məxsus Samsung A52 markalı telefonu sındırmış və şirniyyat evinə məxsus stolun küncünü sındırmışdır. Bu hadisədən 3-4 gün sonra şirniyyat evinə gələrək onun sağ əlinə bıçaqla xəsarət yetirmişdir. Hazırda da Şəxs ilə barışmır, ondan şikayətçidir və ağır inzibati tənbeh olunmasını məhkəmədən xahiş edir. İşə əlavə edilmiş 10 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş 05 sentyabr 2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi- Təcrübi və Tədris Birliyinin 759 saylı rəyindən görünür ki, X2 bədən səthində aşkar edilmiş xəsarətlər sağ gözün ağlı qişasına olan qansızma sahəsi küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş sənədlərlə vurulmuş zərərin məbləği 1000 (min) manat müəyyən olunur. İşə əlavə edilmiş arayışdan görünür ki, Şəxs son bir ildə inzibati məsuliyyətə cəlb edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs X4 fiziki ağrı yetirərək döyməsi sübut olunur. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçririb, inzbati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 232-1 və 157-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin maddələrin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifəlri insan və vətandaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsiliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik, prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə barəsində inzibati xəta haqda iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası daxilində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun İİ qrup əlil olmasını nəzərə alaraq onun inzibati qaydada cərimə olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 157-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində, 232-1-ci maddəsi ilə 1000 (min) manat, ümumilikdə 1300 (min üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar