Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-704/2024 17.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin İX tağım yol patrul xidməti tərəfindən tərtib olunmuş 10 avqust 2024-cü il tarixli TP ******* saylı qərardan şikayətə Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin İX tağım yol patrul xidməti tərəfindən tərtib olunmuş 10 avqust 2024-cü il tarixli TP ******* saylı qərar əsasında 100 (yüz) manat məbləğində cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin İX tağım yol patrul xidməti tərəfindən tərtib olunmuş 10 avqust 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində onu Şəmkir postunda yol polisi əməkdaşları ona məxsus **-GB- *** dövlət qeydiyyat nişanlı Toyota minik markalı avtomobili saxlayaraq ona qaydanı pozduğunu bildirmişlər. Nişanlanma xəttinin tələbini əvvəlcə pozmasa da sonda az miqdarda avtomobilin bir təkəri xətti keçmişdir. O yorğun olduğu üçün xəttə tam fikir verməmişdir. Özü taksi sürücüsüdür. Bu yolla ailəsini saxlayır. Himayəsində iki yaşlı xəstə və körpə uşaqları var. Hesab edir ki, xətti bir balaca keçməsi yol polis əməkdaşları tərəfindən nəzərə alına bilərdi. Odur ki, göstərdiyi bu hallar nəzərə alaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən təqsirləndirilidiyi 10 avqust 2024-cü il tarixli TP ******* saylı qərar ləğv edilməli, işə xitam verilməlidir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin İX tağım yol patrul xidməti tərəfindən verilmiş arayışdan görünür ki, X4 10 avqust 2024-cü il tarixdə saat 12:10-da Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğu üçün (üfüqi nişanlanma xəttinin tələblərini riayət etməmişdir) təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, X3 10 avqust 2024-cü il tarixli TP ******* saylı qərarın ləğv olunması barədə şikayəti əsassızdır. Belə ki, Habil Məmmədov üfüqi nişanlanma xəttinin tələblərini pozaraq yol hərəkəti qaydalarını pozmuşdur. Habil Məmmədov məhkəmədə çıxışında bunun yorğun olması ilə əlaqələndirərək idarə etdiyi avtomobilin təkərinin az olaraq əks hərəkət istiqamətinə keçməsini bildirmişdir. Məhkəmə bildirir ki, qanunvericiliyin tələbinin pozulması yəni avtomobilin üfüqi xətt nişanlanmasının tələbinin pozulması üçün xəttin keçilməsi kifayət edir. Bu hal isə Habil Məmmədovun inzibati məsuliyyətdən azad olunmasına əsas ola bilməz. Məhkəmə iş materillarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin İX tağım yol patrul xidməti tərəfindən tərtib olunmuş 10 avqust 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.2-ci və 128.2.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır və şikayətin təmin olunması üçün əsaslar mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 114- 115, 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYP-nin İX tağım yol patrul xidməti tərəfindən tərtib olunmuş 10 avqust 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün muddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-704/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-704/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver