Məhkəmə qərarları › İş №3(062)-709/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-709/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-709/2023 25.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi X3 iştirakı ilə, X1 Baş X9 İdarəsinin polis polkovniki X6 tərəfindən tərtib olunmuş 09 iyun 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Tovuz şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 oğlu Baş X9 İdarəsinin polis polkovniki X6 tərəfindən tərtib olunmuş 09 iyun 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzbati xəta törətdiyinə görə 600 manat cərimə olunmuşdur. X2 Azərbaycan Respublikası Baş X9 İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş 09 iyun 2023-cü il tarixli TP ******* saylı inzbati xəta haqqında qərarın ləğv olunmasını və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X4 şikayətini müdafiə edərək göstərdi ki, Mercedes-Benz Axor 1843 yük markalı **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə müqavilə əsasında şirkətə məxsus buğdanı daşıyan zaman 24 may 2023-cü il tarixdə Bakı-Qazax yolunun 281-ci km-də yerləşən daimi postda onu YPX əməkdaşı saxlatmışdır. Avtomobilini heç bir sertifikatı olmayan tərəzidən keçirən zaman guya avtomaşına artıq yük vurulmasını bildirmişdir. O avtomaşında artıq yükün olmamasını, yükü işlədiyi şirkətin 1 kq belə dəqiqliyi ilə işləyən tərəzisi ilə çəkildiyini bildirməsinə baxmayaraq, avtomobili və yüklə bağlı sənədlərə əhəmiyyət verməmişlər. Bundan sonra ona məlumat vermədən həmin tarixdə İXM-nin 353.2-ci maddəsi ilə İXP ******* saylı inzbati protokol tərtib edilmişdir. Həmin gün ona protokolun surəti təqdim olunmamışdır. Protokol tərtib olunan zaman hal şahidlərinin də iştirakı təmin olunmamışdır. Bundan sonra ona heç bir məlumat vermədən barəsində inzbati tənbeh vermə haqqında qərar qəbul olunaraq 600 manat məbləğində cərimə olunmuşdur. Avtomaşında artıq yük olmayıb. Bu barədə avtomaşına vurulan yükün sertifikatı olan tərəzidən verilmiş sənəddən də bu açıq-aydın görünür. Onun heç bir təqsiri olmadan barəsində protokol tərtib olunaraq, inzbati xəta vermə haqqında qərar qəbul olunmuşdur. Odur ki, Baş X9 İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş 09 iyun 2023-cü il tarixli TP ******* saylı inzbati xəta haqqında qərarın ləğv olunması və işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan 24 may 2023-cü il tarixli İXP ******* saylı protokolun surətindən görünür ki, X4 barəsində İXM-nin 353.2-ci maddəsinin tələblərinin pozulması qeyd olunmuşdur. İşə əlavə edilmiş Baş X9 İdarəsinin əməkdaşı tərəfindən tərtib olunmuş 09 iyun 2023-cü il tarixli TP ******* saylı inzbati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə olunmuşdur. İşdə olan yük barədə arayışdan görünür ki, 24 may 2023-cü il tarixdə **-CT- *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş yük buğda olmaqla yüklə birlikdə avtomaşının çəkisi 40020 (qırx min iyirmi) kiloqram olmuşdur. İşə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-CT-*** dövlət qeydiyyat nişanlı Mercedes-Benz Axor 1843 yük markalı avtomobilin tipi yəhərli dartıcı olmaqla maksimal kütləsi 18000 (on səkkiz min) kiloqramdır. İşə əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-ZH-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu özüboşaldan tipli olmaqla maksimal kütləsi 35000 (otuz beş min) kiloqramdır. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə olan inzibati xəta haqda qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 127-1.4-cü maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Həmin Məcəllənin 127-1.5. Hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. Göstərilən maddələrin tələblərinə uyğun olaraq qanunla müəyyən olunmuş qaydada yükün artıqlığı müəyyən edildiyi halda müvafiq icra hakimiyyəti orqanının əməkdaşının növbəti hərəkətləri müəyyən edilmişdir. Lakin göründüyü kimi növbəti hərəkətlərin olmaması onu deməyə əsas verir ki, Elvin Quliyevin hərəkətlərinin Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinin əlamətləri olmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə məsuliyyət müəyyən olunmasına baxmayaraq, Məcəllənin tələbi ilə ona verilməli olan sənədlər tam verilməmişdir. Belə ki, Elvin Quliyevə qanunvericiliyin tələbinə uyğun olaraq xüsusi texniki vasitələrin məlumatları kağız daşıyıcıda təqdim olunmamasından əlavə, ona şifahi qaydada hər hası məlumatın verilməməsi inzbati xəta törətmiş şəxsin məsuliyyətə cəlb olunmasından əvvəl həyata keçiriləcək prosedurdur. Elvin Quliyev tərəfindən təqdim olunan sənədlə müəyyən olunur ki, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomaşına 24 may 2023-cü il tarixdə 40020 (qırx min iyirmi) kiloqram yük yüklənmişdir. Məhkəmə hesab edir ki, Elvin Quliyev barəsində protokol tərtib olunarkən İnzbati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmi Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzbati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 09 iyun 2023-cü il tarixli qərar ləğv edilməli və barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilməsinə dair 09 iyun 2023-cü il tarixli TP ******* saylı qərar ləğv edilsin və barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar